Kim deyə bilər ki...

Susdum, uzun müddət susdum həm də.. Əvvəlcə gözlərimdə parlayırdı susqunluğumun gətirdiyi sevinc.. Susmağı sevirdim, o da məni.. Kitabları sevirdim.. Bəstələri sevirdim.. Şəkilləri sevirdim.. Günəş doğmuşdu axı! Mənə gizlənmək lazım deyildi.. Səbəb başqa idi. Mən başqa idim.. Amma kim deyə bilər ki, günəş hər zaman parlayacaq axı!? ..kim deyə bilər ki, alatoranlıqlar olmayacaq heç zaman!? kim söz verə bilər axı "əkilən" təkcə güllərdir!? kim deyər ki, günləri saymaq ancaq xoş günlər üçündür... İsti avqust gecələrində bəzən 24 saatı 12 aya bərabər hiss etdim.. Kim deyə bilər ki axı 12 aya bərabər olmadı heç...  İnsan nə üçün itirməkdən qorxur soruşdunuz!? İnsan acizdır çünki.. edə bilmdəikləri, müdaxilə edə bilmədikləri qarşısında lap cılız görünür... Mən artıq yorulmuşam xoş günləri həftələrlə ertələyib gözləməkdən.. şükürlü günlərimsə saysız hesabsız.. Bəlkə də, heç nəyi bilmirəm deyə yenidən gizləndim.. gözləmək gizlənməkdirmi məgər!?

Yenidən ardı gəmir yazının.. susdum..
Səbəbsiz...
Barmaqlarım istidən dondu.

"Bilməyə nə var ki? Bilmək - dalğalar üstündə rəqs edən kiçik köpükdür. İstənilən külək onu qabağına qatıb apara bilər, dalğalar isə qalar.."
E.M.Remark

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

XATİRƏLƏR... XATİRƏLƏR... :)

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami