OXUDUĞUM KİTABLAR.. II
Deməli, mənim bir dəftərim var 2000-ci ildən bu yana oxuduğum kitabları orada qeyd edirəm. Nə az nə çox düz 14 ilin dəftəridir. İndi ötən illərin sıyahısını vərəqləyəndə gördüm ki, 2014-cü il oxuduğum kitabların sayına görə ən önə keçdi. İşlərimin çox olmasına, kitablara ürəyimcə vaxt ayıra bilməməyimə baxmayaraq bu il elə də çox olmasa da 35 kitaba yer ayıra bildim. O cümlədən, 2-3 kitabı yarımçıq qoydum təəsüf ki. 2011-ci ildə hələ oxunulan kitabların siyahısını paylaşmaq dəb olmayan zamanlarda mən OXUDUĞUM KİTABLAR adında yazı yazıb kitabların siyahısını tutdum və bu il davamını gətirmək istədim. Mən yazsam səhərə qədər yaza bilərəm :) ona görə də keçid alaq siyahıya: 1. Elxan Zeynalov - "Birinci addım" - Qaraqan kimi tanınan Elxan az zaman ərzində çox məhşur oldu və elə bu ilin axırında da İkinci addım kitabının təqdimatını keçirdi. Ümumi götürəndə pis kitab deyil, xüsusi götürəndə təbii ki plagiat və zəifliyi hiss olunur. Amma oxumaq olar. 2. Markus Zusak - "K...

sən bu gün yoxsan yanımda...
ReplyDeletenəinki bu gün.. keçən o bir il və ömrümün axırına kimi...
..və məni ömrümün sonunadək arxasız qoydun. . . . .
dünyaya avqustda gəldin...
ReplyDeleteamma ömrünü yarımçıq qoyub oktyabrda məni həmişəlik sənsiz qoydun..
sənisiz keçirəcəyəm ikinci oktyabr, səni itirdiyim oktyabr...
..bilmirəm nədən, bu il də biixtiyar səndən bu fani dünyada ömürlük ayrıldığım ayın ilk günü doğum tarxini sonuncu dəfə təbrik edib bura yazdığım başlığa gəldim.
..sənsiz mənə çox çətindir, və ..və məni omrümün sonunadək arxasız qoydun. . . . . .
Yenə qəribə şəkildə dönüb dolaşıb bu postuma gəlmişəm, düz 5 il sonra. səni itirdiyim ilin 7ci ildönümündə. SƏni itirdiyim ayın sonuncu günlərində. Sənin üçün çox darıxıram mama, həm də təsəvvür edəməyəcəyin qədər çox. Bu düyada məni, bizi tək qoymaqla əslində o qədər yarımçıqlaşdırmısan ki... Ömür boyu axtarışdayam. Səni itirdiyimiz geəcədən başlayaraq özümü də itirdim. və hələ də axtarıram. Artıq ana olmuşam amma özümü tapa bilmirəm orda da. mən axı doyunca ana görmədim, mən doyunca övlad olmadım ki, ana quzusu olmadım ki.. Mən necə bacarım mama? Mən özmümü harda tapım? Kimdə tapım? Səni necə tapım.. mümkünsüzdü axı. Bilirsən, o qədər bəzən başımı alım uzun, çox uzun yol getməy istəyirəm ki. İnsanlar məni xoşbəxt eləmir, həyat məni özümdən çıxarır. İnsanlar özümdən çıxarır. dayaz insanlar məni çox əhatə edib. Axı onları mən çağırmamışam, mama... Sığalına, qucuna çox ehtiyacım var.
ReplyDeleteÜzüyünü itirmişəm.. :( Bağışla mama, bağışla....
Yenə oktyabr və yenə bu post dönüb dolaşıb çıxdı qabağıma..
ReplyDeleteYoxluğunu 9cu ilini qeyd etdik bu il
Daş divar oldum sanki yoxluğunun qarşısında, hisslərimdən tamamilə arındım, təmizləndim. Hissiz, duyğusuz birinə çevrildim.. ağlaya bildim, içim içimi yedi durdu.
..və sənin yanına yeni bir qızla gəldim səninlə ömürlük mənəvi bağı olacaq balaca qızcığazla.
Keçənlərdə yuxuma gəldin. Sənin üçün necə darıxmışammış....
Mənim əziz anam, pambıq anam, buludların üzərindən mənə tərəf baxan anam, gözümün yaşında, qəlbimin sakitliyində, üzümün gülüşündə gizlənən anam... Sənin üçün o qədər darıxmışam ki. Bir an olsun belə ürəyimdən heç yerə getmirsən. Və bilirəm ki, hər daim mənimləsən.
ReplyDeleteBöyüyürəm mama, yoxluğunun gətirdiyi imtahanlardan, sınaqlardan çıxaraq böyüyürəm. Səndən öyrəndiklərimlə, etdiklərindən və etmədiklərindən dərs çıxarıb öz balalarımı da böyüdürəm...
Artıq səni anlayacaq, dərk edəcək, başa düşəcək yaşa gəlib çatmışam. Yanımda olsaydın səni sarıyardım bütün sevgimlə, bütün istiliyimlə və anlayışımla... indi isə ürəyimdə bürümüşəm səni.
Sənin üçün çox darıxıram, səni çox sevirəm.
10 il sonra sənin yasını tuta bilirəm, 10 il sonra gözümdən sənin üçün yaşlar axmağa başlayır. Ürəyimdəki daşı tökdüm yerə.
Allah sənə rəhmət eləsin, mənim Sevdam!
Səni həriflərə tömək üçün artıq heç bir gücüm qalmayıb.. düz 13 il sonra yenidən yasını tuturam. bu dəfə çox çox möhkəm. ta 13 il əvvəlki kimi... gözü yaşlı,, depressiv özünü itirmiş... iki uşaq anası ola ola böyüməyən mən, sənin yoxluğunda yox olub gedirəm. Burda olsan necə olardım deyə deyə ömrümün yarısını başa vurmuşam. sənin üçün çox darıxıram... çox pisəm mama, çox... Nə üçün beləyəm heç özüm də bilmirəm, amma sənin üçün çox dərin bir yas saxlayıram içimdə bu gün.sənsizliyin tam dibində bir yerdəyəm. və yenə də gücümü toplayıb dünyaya qayıtmağı gözləyirəm... sənsiz yaşadığım get gedə rəngi də, özü də dəyişən dünyaya....
ReplyDelete