SOYUQ AVQUST...

Düşündükcə özümü gizlədirəm, özümü gizlətdikcə səni tapıram fikrin hər küncündə. Sabahı bu günümlə, dünəni sabahımla qarışıq salmış şəkildə aldadıram həm özümü, həm səni, həm də onları. Məkan, zaman, il anlayışını qavramaq istəmirəm, düzü heç bacarmıram da.. özümü 20-40 ilin, bəlkə də daha öncələrin hadisələri, kitabları içində itiririəm.. Bilə-bilə, qəsdən.. Belə daha asan olacağını düşünürəm.. Əslində heç düşünmürəm də. Özüm özümü aldatdığımı yaxşı bilirəm. Lakin bəzən elə oradaca, itirdiyim yerdəcə tapıram. Bu dəfə isə itdiyim yolla qayıtmaqçün istiqamət gəzirəm.. Əbəs.. Mənim çaşqınlığıma inad fəsilin şıltaqlığı daha da artdı.. Payız kimi soyuq avqust gecəsinin ruhumu donduran təhlükəli oyunlarına hazır deyiləm. Heç Bakı da hazır deyil axı bu qəfil soyuğa deyəsən.. Yazıq şəhər, yazıq ruhum.. Donaçağıq bu gedişlə.. Donduracağıq hisslərimizi.. Yox, yox!! Əsla! Hissləri dondurmaq daha təhlükəli oyundur.. Məni tapmasan, səni də itirsəm hisslərim kimi, mən daha mən olarammı, vəsilə olarammı sabahıma? Nə olar soruşma məndən olanları.. Sıxma donmuş yazıq ruhumu... Səfiləm.. Dilənçi kimi mehribanlıq umuram elə bil insanlardan.. və dilənçi ruhumla daha çox nifrət edirəm onlara.. Hamısına! və yenə də Səndə birləşir bütün sevgi qütblərim. Hələki bu başlanğıcdır.. Amma mən artıq çox yorğunam.. Sən məni şahzadə etdin, mənsə sənsiz səfil oldum buralarda.. Bağışla məni..

"Elə məqam gəlib çatır ki, artıq ağrını duymursan. Hissiyyat korlaşır, şüurun o qədər tutqunlaşır ki, zaman və məkan hissin itirilir." - Q.Q.Markes, "Bu hekayәtin tarixçәsi"

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)