FİKİRLƏRİM...

Çoxdandı ki bloguma heç nə yazmıram.. Açıram, baxıram, fikirləşirəm, bağlıyıram. Fikirlər məndən qaçır elə bil. Sadəcə hər şey qarışıq olduğu üçün fikirlərimi bir yerə yığa bilmirəm və qaçıb gedirlər, dağılışırlar.. Bəs qaçıb hara gedirlər? Axı özbaşına qala bilməz heç bir düşüncə... Onların ünvanı bəlli olmasa deməli "dəlixana"dadırlar. Amma axır ki, cilovlaya bilmişəm ipini fikirlərimin.. Bilirsiz hara qaçıblar? Kitabların yanına... Harda itirsəm fərqli bir kitabın içində tapıram.. Sanki keçmişə qayıtmaq üçün oxuduğum hər kitabda nə vaxtsa nə düşündüyümü, hər cümlənin fikirlərimin hansı döngəsində ilişib qaldığını araşdırır.. Təklik xəstəliyindən əziyyət çəkir. Axı bu müvəqqətidi.. Yenə kitab rəfimlə üzbəüz.. Fikirlərim oradakı kitabların səhifələri içində ruh kimi dolaşır... Nə deyim mən axı işğalçı fikirlərimə!?

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)