SƏNZİLİKDƏ İSLANDIM...


Bu gün bir sənli xatirələri, bir də sənsizliyi mənə xatırladan kitablarımdan birini qoydum çantama.. Çıxdım yola. Hamı yağışdan islanarkən bu sabah, mən də sənsizlikdə islandım hamıdan xəbərsiz. Gizləndim təkliyin çətiri altında və dinləmədim yağışın nəğməsini. Sadəcə playlistdən seçdim ən romantik mahnını.. Bir də ətrafı seyr elədim bolluca.. Hamı qaçarkən yağışdan islanmanın qorxusu ilə, tələsmədim bircə an da.. Onsuz da üzərimə yağan yağış deyil, sənsizlik idi.. Mənsə çoxdan islanmışam sənsizliyin yağışında..

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)