"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

NƏŞR HAQQINDA:

Haruki Murakaminin bir çox əsərlərini rus-dilində kitab mağazalarında görmüşdüm. Ona görə də Azərbaycan dilində "Norveç meşəsi"nin nəşr olunduğunu eşidəndə tərəddüd etmədən aldım. Əsər haqqında çox şey danışmaq olar.. Kitabın annotasiyasına azad seks tələbləri və s. bu kimi fikirlər yazıldığında əslində nələrdən bəhs edəcəyini başa düşmürdüm.. Düzdü bilirdim ki, açıq və intim səhnələr olacaq ve var idi de. Amma hiss olunu ki, Murakami bunu "vecsiz" yazıb. Yeni annotasiyaya sadəcə elə fikirlər yazmağın nə qədər doğru olub olmadığını başa düşmədim.. Və ona görə də kitabı oxuduğum üz qabığını qoymadım şəkilə..

ƏSƏR HAQQINDA:

Əsərdən belə bir cümlə oxudum: "Hamının oxuduğu kitabları oxuyanda, adam hamı kimi düşünür. Ancaq bəsit, geridə qalmış adamlar belə eləyir. Ağıllı adam belə eləməz." Halbuki, bu əsərin özü də  bestsellerdi. Əsəri özlüyümdə bir neçə hissəyə böldüm.. Əvvəlini Selincerin "Covdarlıqda uçurundan qoruyan" əsərinə bənzətdim, ümumiyyətlə Vatanabe elə ordakı baş qəhrəmana bənzəyirdi hardasa..  Sona doğru isə, insan münasibətlərinin qəlizləşməsi.. Özünü özündə itirmə.. Gənclərin intim həyatındakı çətinliklər.. İki yol ayrıcında qalmaq.. ..və gözlənilən son. Düşündürdü məni. Əgər əsərdən sonra beynim fikiləşməydən "kütləşirdə", deməli əsər təsir edib mənə. Sadəcə, bu əsəri başa düşmək üçün müəyyən yaş həddinə gəlmək lazımdı məncə.

Əsərdən yadda qalan cümlələr.

* ..birinin başqasını həmişə nədənsə qoruması mümkün deyil. Düz demirəm? Məsələn, tutaq ki, biz səninlə evləndik. Sonra sən hər gün işə gedəcəksən. O vaxt sən işdə olanda məni kim qoruyacaq? Ya da məsələn, sən ezamiyyətə gedəndə, məni kim qoruyacaq? Belə çıxır ki, mən həmişə səninlə yanaşı addımlamalıyam hə? Bu yaxşı deyil. Belə bir şeyi heç insani münasibətlər də adlandırmaq olmaz. Həm də, bir gün mən səni bezdirəcəyəm, sən də "axı mən niyə yaşayıram? Ömrümün axırına kimi bu qadını qorumaq üçünmu?" deyəcəksən. Mən bunu istəmirəm.

* Özünü bir az boş buraxanda, adamın yüngülləşdiyini özüm də bilirəm. Amma belə sözlər adama kömək etmir. Başa düşdün? Əgər mən indi özümü boş buraxsam, qum kimi ovulub gedərəm. Mən həmişə belə yaşamışam, indi də ancaq belə yaşaya bilərəm. Bircə dəfə özümü boş buraxsam, bir də özümə gələ bilməyəcəyəm. Ovulub töküləcəm, külək məni sovurub aparacaq.

* Bayrağın axşamlar niyə endirildiyini mən başa düşə bilmirdim. Məgər, gecələr dövlət yoxa çıxır, gecələr heç kim işləmir?

* Elə bil ikiyə bölünmüşəm, ya özümdən qaçıram, ya özümün arxamca düşürəm. Mərkəzdə nəsə yoğun bir dirək var və mən o dirəyin başına fırlanaraq özüm-özümlə qaçdı-tutdu oynayıram. Ən lazımlı sözlər də, həmişə qaçıb gedən "mən"də olur, ona çatmayan "mən"sə həmişə beləcə qalıram...

* Ölüm həyatın o biri üzü deyil, onun bir parçasıdır.

* Axı mən nə axtarırdım!? Cavab bir yana, cavaba oxşar heç bir şey tapmırdım. Hərdən əlimi havadan asılı qığılcımlara uzatsam da, barmaqlarımın ucları boşluğa toxunurdu.

* Hamının oxuduğu kitabları oxuyanda, adam hamı kimi düşünür. Ancaq besit, geridə qalmış adamlar belə eləyir. Ağıllı adam belə eləməz.

* - Deyəsən təkliyi xoşlayırsan? - o, əlini çənəsinə dayayaraq souşdu. - Səfərlərə tək çıxırsan, mühazirələrə tək qulaq asırsan, yeməyi tək yeyirsən...
- Təkliyi heç kim xoşlamır. Sadəcə istəmirəm heç kimi mənimlə olmağa məcbur eliyim. Belə şeylərdən sona adama ancaq məyusluq qalır.

* - Düzünü de, sənə nə olub?
- Mən bu dünyanı sevə bilmirəm, ondandı.

* Hamı məni nəyəsə məcbur eləmək istəyir. Kim görürəm, bunu elə, onu elə deyir. Amma sən məni heç nəyə məcbur eləmirsən.

* Gerçək həyat elə hamının bir-birini nələrəsə məcbur eləməyindən ibarətdir.

*..təsəvvür elə ki, içi peçenye ilə dolu bir səbət var. Peçenyelərdən bəziləri sənin xoşuna gəlir, bəziləri isə  yox. Əgər sən xoşuna gələn peçenyelərin hamısını əvvəl yesən, sonraya təkcə xoşlamadığın peçenyelər qalacaq. Mən nəsə çətinə düşəndə, belə fikiləşirəm. Düşünürəm ki, bir az dözsəm, hər şey yaxşı olacaq. Düşünürəm ki, həyat peçenye dolu səbətdir.

* Apreli tək yaşamaq çox darıxdırıcıdı. Apreldə hamı xoşbəxt görünürdü. Hamı paltosunu çıxarıb, günəşdə isinir, söhbət eləyir, top oynayır və bir-birini sevirdi. Mənsə tamam tək idim...

* Qadınlar özləri də bilmilər ki, nə vaxt hər şeyi dərk etməyə başlayırlar. İyirmi, iyirmi bir yaşları tamam olan kimi, məntiqlə düşünməyə başlayırlar. Bu vaxta qədər gözlərinə sevimli görünən şeylər indi mənasız görünür. Çox realist düşünməyə başlayırlar.

* Mənə elə gəlir ki, ovulub tökülməyə hazır olan mövcudluğumu qoruyub saxlayan da elə mənim məktub yazmağımdır.

* ..səninlə görüşə bilmədiyim vaxtlarda bir şeyi başa düşdüm. Başa düşdüm ki, indiyə qədər sənin sayəndə ayaq üstə dura bilmişəm. Sənsiz elə darıxırdım, elə tənhaydım ki!

* Hamımız mükəmməl olmayan dünyada yaşayan yarımçıq adamlarıq. Həyatımızın da dərinliyini xətkeşlə, uclarını transportirlə ölçmək mümkün deyil. Və bu həyatın bank hesabı kimi xoş şeylərlə dolu olmağı da qeyri-mümkündür.

* Sən neynirsən elə, lap heç nə eləmə, həyat öz-özünə axıb gedəcək. İnsanın əzab çəkmək vaxtı gələndə, o, mütləq əzab çəkməlidir.

* ..fürsət insanın həyatda insanın əlinə bir, uzaqbaşı iki dəfə düşür. Onları əlindən buraxandan sonra, bütün ömrü boyu heyfslənirsən.

* Heç bir gerçək, insanın doğma adamının ölümünün gətirdiyi kədərdən xilas edə bilməz. Heç bir həqiqət, heç bir ruhsallıq, heç bir güc, heç bir incəlik adamı bu kədərdən qurtara bilməz. Bizim bi kədəri doyunca yaşamaqdan, sonra ondan nəsə öyrənməkdən başqa çıxış yolumuz yoxdur.

* ..kədər sənə nə öyrədir öyrətsin, gələn dəfə başqa, heç gözləmədiyin kədərlə üz-üzə gələndə o təcrübə sənə heç cürə kömək edə bilməyəcək.

_____________



Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

XATİRƏLƏR... XATİRƏLƏR... :)