XAHİŞ OLUNUR CİDDİYƏ ALINMASIN.. (II)

Yadında biz uşaq olarkən birgə keçirdiyimiz dəqiqələr?
Hər şeyi bir yerdə edərdik, bəzən bezirdim bu birlidəlikdən, amma sən mən elədiyimi eləmək üçün arxamca gəlməyəndə də darıxırdım həmişə.. :)
Yadında dominodan qurduğumuz evlər, heyvanlarımız, oyuncaqlarımız?
Bəzən axırda dalaşsaq da, yenə də maraqlı idi..
..ümumiyyətlə, insanın qayıda bilmədiyi hər an ona maraqlı gəlir sonradan..
Bir onu bilirəm ki, heç vaxt ən yaxşı oyuncaqları özümçün seçməmişəm..
..sən ağlayanda, əziləndə, mən də səninlə bir yerdə ağlayardım hərdən,
..uzunmüddətli küsülü qaldığımızı da
xatırlamıram heç
ümümiyyətlə biz küsürdük? =)
Evin balacaları olmuşuq həmişə..
Nə xoş indi də balacayıq..
Zaman nə olur olsun, vaxt necə keçir keçsin
Yaş üstünə yaş gəlsə də, evin iki "balacası" olmaq..
..və budur
İllər keçdi, oyuncaqlarımız dəyişdi, köhnəldi
indi artıq kitablarımızı paylaşırıq oyuncaq əvəzinə..
..bir də fikirlərimizi
və fikirlərimizlə tamamladıq bir birimizi..
Baxışlarımızla anlatdıq bəzən çox şeyi..
Xatırlayırsan, bir şaxtalı qış gecəsi dediklərini?
"Vallah olaydıq bir günlük yaz kəpənəyi..."
Bax, artıq zaman bizim zamanımızdı..
Xoş gəlmisən dünyaya
Mənim yaz kəpənəyim =)

p.s. Balaca bacıma yazdım.. :)


Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)