MY VALENTINE...

Mənim sevgim..

Gələcəyini bilirəm.. Dəyişdirəcəksən gəlişinlə boz olan şəhəri, rəngarəng olacaq dünyamız.. Sonra.. Sonra heç vaxt getməyəcəksən.. Bir ömür qalacaqsan kölgəmdə, məni saxlayaraq öz kölgəndə..

Mənim sevgim..

Gələcəyini bilirəm.. Bilirəm çətinlikləri də, sıxıntılı gecələri, darıxdırıcı səhərləri də.. Həsrəti də bilirəm, sonda əllərinə toxunacaq titrək əlləri də.. Bir ömür qalaram kölgəndə, məni saxlasan öz kölgəndə..

Mənim sevgim..

Gələcəyini bilirəm.. Ayrılıq adlı qaranlıq kabusdan oyadacaqsan məni.. Səni qarşılayacağam iyulun istisi ilə.. Çəkəcəyik o zaman kölgələrimizin rəsmini  səhərlərdə. Səhərlər qarışacaq gecələrə.. Gecələrsə şahid olacaq nələrə.. nələrə.. Yuxularımız qarışacaq bir birinə.. Sonra sabah olacaq.. Yeni görüş.. Sənsizlikdən uzaq sabahlarda "sənsizlik" sözünün nə demək olduğunu danışacağıq bir-birimizə uzun-uzun.. Sonra çıxardacağıq kitabımızdan o sözü də..

Mənim sevgim..

Gələcəyini bilirəm.. Onun üçün də gizlənmişəm sevgimizin kölgəsinədə. . .

P.S. Doğum günün mübarək MY VALENTİNE..



What if it rained?
We didn't care
 (S)he said that someday soon
The sun was gonna shine
 And (s)he was right
This love of mine,
My Valentine

As days and nights
would pass me by
I tell myself that I was waiting for a sign
 Then (s)he appeared,
A love so fine,
My Valentine

And I will love h(er)im for life
And I will never let a day go by
Without remembering the reasons why
 (S)he makes me certain
That I can fly

And so I do,
Without a care
I know that someday soon the sun is gonna shine
 And (s)he'll be there
This love of mine
 My Valentine...

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)