OXUDUĞUM KİTABLAR.. II
Deməli, mənim bir dəftərim var 2000-ci ildən bu yana oxuduğum kitabları orada qeyd edirəm. Nə az nə çox düz 14 ilin dəftəridir. İndi ötən illərin sıyahısını vərəqləyəndə gördüm ki, 2014-cü il oxuduğum kitabların sayına görə ən önə keçdi. İşlərimin çox olmasına, kitablara ürəyimcə vaxt ayıra bilməməyimə baxmayaraq bu il elə də çox olmasa da 35 kitaba yer ayıra bildim. O cümlədən, 2-3 kitabı yarımçıq qoydum təəsüf ki. 2011-ci ildə hələ oxunulan kitabların siyahısını paylaşmaq dəb olmayan zamanlarda mən OXUDUĞUM KİTABLAR adında yazı yazıb kitabların siyahısını tutdum və bu il davamını gətirmək istədim. Mən yazsam səhərə qədər yaza bilərəm :) ona görə də keçid alaq siyahıya: 1. Elxan Zeynalov - "Birinci addım" - Qaraqan kimi tanınan Elxan az zaman ərzində çox məhşur oldu və elə bu ilin axırında da İkinci addım kitabının təqdimatını keçirdi. Ümumi götürəndə pis kitab deyil, xüsusi götürəndə təbii ki plagiat və zəifliyi hiss olunur. Amma oxumaq olar. 2. Markus Zusak - "K...

Demek yeniden başlamaq lazımdı. Hemişe, her defe, yorulmadan, usanmadan.
ReplyDelete