YAĞIŞLI NOYABR...

..bəli bu mənəm :)

uzun-uzun günlərdən və aylardan sonra, köhnə dostum notbukumu dizimin üzərinə qoyub bir iki sətir yazmaq istədim bu gündən yadigar qalsın deyə.. Sadəcə yadigar vəssalam. Başqa niyyətim yoxdur. bir zamanlar Orxan Zeynallının "Mənim şəhərim" mahnısını dinləyərək Bakıda Yasamaldakı evimizdə pəncərədən baxaraq nələrisə, kimisə, uzaqları düşünərək yazılarımdan yazarkən ürəyimin bir hissəsində fikirləşirdim ki bu mahnını həqiqətən şəhərdən uzaqda, başqa ölkədə dinləyərək nələrsə cızma-qara etmək necə olardı görəsən? ..və budur. Bakıdan, Yasamaldakı həyatımdan milyon məsafələr qət edərək yenə həmin musiqini dinləyərək bir iki söz yazıram. Hisslər fərqlidir... 

.. hərdən mənə elə gəlir ki, hisslərim korlaşıb, duyğularım sönüküb ya da övlad sevgisi acgözcəsinə bütün hisslərimin üstünə çöküb kölgə kimi. Yalnıca sevgisi də yox, hər şey. Qayğılar, gələcəyə dair fikirlər, başqalarının eqoları ucbatından dəyişən həyat və sairə..

..bu qədər böyümək istədiyimi ya istəmədiyimi bilmirdim. bu qədər böyüyə biləcəyimi bilmirdim. bilmirdim ki insan böyüdüm dedikdə əslində növbəti ili geridə qoyarkən o sözünə dodaq qaçırır. heç bir o biri ilin təkrarı deyil nə qədər monoton həyat yaşasaq da. ən azından üzümüzdəki qırışın sayı artır. bir də saçımıza iz qoyan o ağ dənələr.. keçmişimə çox heyfim gəlir. təzə həyatımı çox çox sevsəm də, köhnə illərim ürəyimdə kədərli xatirələrlə birlikdə dərin izlər qoyub. indi keçmiş günlərimə kaş demirəm, bu günümdə bəzən kaş indi belə olmazdı, indi bu şeyləri eşitməzdim, sevdiklərim bu qədər dəyişməzdi deyirəm. 

Bir də ki bilmirəm Bakı üçün darıxıram ya yox. Bəzən darıxıarm. Amma əvvəlki olmadığı üçün nifrət edirəm ona. Onun üçün darıxmadğıma görə də vicdan əzabı çəkmirəm. Bağışla Bakı...

zaman keçir burada, heyf ki saxlamaq mümkün deyil heç nəyi. Bu ani isə bura həkk edirəm:

..stolun üstündə rəngli qızıl güllər
..tv də NASA images chrome-cast pictures
..pəncərədən görünən gölün üzərində izlər qoyan yağış izi
..damda eşidilən yağışın tappıltısı
..notbookda "Mənim şəhərim"
..saat 20:05
..balaca digər otaqda yatıb
..barmaqlar yazır və mən
həyat yoldaşımı gözləyirəm...


Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)