TƏNHALIQDAN ƏZİYYƏT ÇƏKƏN PALKOVNİK...

Qabriel Qarsia Markes və ya Gabriel Garsia Marquez, dünyaca məhşur Kolumbiyalı yazıçı..

Səhər gözümü açan kimi baxdığım bütün sosial şəbəkələr 87 yaşlı yazıçının vəfatından yazırdı. Hamı təəssüflənir, hamı ən sevdiyi yazarın bu dünyadan köçdüyü üçün kədərləndiyini bildirirdi. Mənsə istəri-istəməz bir şey düşündüm - "Kaş çox insan elə Markes kimi uzun ömür sürüb, onun qədər məhşur olub, onun qədər sevilib, iz qoyub gedərdi həyatdan.." Həyatındakı çətinlikləri, xoş günlərini, pis günlərini, 87 il ömür sürdüyü ömrün hər xırdalıqlarını bir kənara qoysaq həyatının qısa xarakteristikası - uzunömürlü, məhşur, sevilən yazar - kimi nəticələnir. Necə də hamının bacamadığı bir işdir... Xərçəng xəstəliyindən əziyyət çəkən yazıçı əslində rahatlıq tapdı, bunu çox oxucu başa düşmür və kədərlənir. Kədərlənməyə dəyməz..

Bir ara isə mən özüm Markes xəstəliyinə tutulmuşdum :) Bəzi insanların oxumağa çətinlik çəkdiyi üslübü mənə çox maraqlı idi. Əsərlərində həm reallıq, həm mistika var idi ki, bu da cəlb edirdi məni. Və qısa zaman ərzində kitabxanamda onun kitabları artmağa başladı:

Oxuduğum kitabları:
  • Gözlənilən bir qətlin tarixçəsi
  • Sənin qar üzərindəki izinlə
  • Hüzünlü fahişələrim
  • Yüz ilin tənhalığı 
  • Palkovnikə məktub yoxdur
  • Eşq və başqa cinlər 

 Alıb oxumadığım kitabları:

  • Patriarxın payızı
  • Vəba günlərində eşq
  • Qaçırılma

Almadığım kitabları:

  • Saat altıda gələn qadın 

Markes əsərlərinə həmişə cəlbedici adlar seçib ki, bu da yazarda sevdiyim ən gözəl xüsusiyyət idi. Həmişə düşünmüşəm ki, hətta onun əsərlərinin adlarını bir yerə yığıb ayırca bir hekayə yazmaq olar. Mənim bu yazıma qoyduğum başlıq hələ adicə bir misaldır. Blogumda Markesin ancaq bir əsərini "Eşq və başqa cinlər"i qısa şərh eliyib, karandaşladığım cümlələri qeyd eləmişəm.

Hər halda bir gün gələn, bir gün gedər. Geridə ancaq ondan nələrsə qalar. Qabriel Qarsianın özüdən sonra qoyduqları isə bizim evə kimi gəlib çıxıb. Rahatlıqla yat Marquez!
..bizdə isə sadəcə dövrümüzün canlı əfsanəsini itirməyin məyusluğudur

"- Ah nə qədər uzaqlardayıq! - deyə o içini çəkdi.
- Nədən?
- Özümüzdən."
Q.Q.M.

P.S. Bir dəfə möhkəm yağış yağanda fikrimdən keçənləri belə yazmışdım :)

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)