SUSQUNLUQ...

Susmaq asan iş deyil..
Bəzən özün susmaq istəyərsən, ətrafını dinləmək, müşahidə etmək, beynindəkilərini, fikrindəkiləri götür qoy etmək, tərəzidə ölçmək üçün. O zaman ruhun da susar, qəribə harmoniya yaranar cisminlə ruhun arasında. Nirvananın ünvanına yaxınlaşırmışsanmış kimi hiss edərsən özünü. Amma.. elə bu məqamda Bakının küləyi əsər, ünvan yazılı kiçik kağızı uçurar əlindən, bilmədiyin yolda qalarsan beləcə, həm də tək tənha.. nə edəcəyini bilmədən, yarımçılıq.. ünvan yox gələcəyə gedəsən, yol yox gəldiyin yola qayıdasan.. ruhun sıxılar.. harmoniya qeyb olar.. ürəyin şiddətli döyünər.. beyin tuğyan eliyər.. cismin susar, dodaqlar lal, susqun qalar amma.
Bir də başqa cür susqunluq var... danışmağa kiminsə olmaz cürəsindən. Heç kimə şikayət eliyə bilmirsən. Çünki heç kimə inanmırsan. Çünki aldanış var, xəyanət var.. susarsan səhər, axşam.. illərlə öyrəşdiyin ətrafın qeyb olar birdən. Danışmağa kimsən olmaz.. heç kimin heç kəsi olarsan. Qınına çəkilərsən... tamam yalnızlaşarsan. Barama kimi ətrafını sarıyarsan, bükülərsən, yığılarsan, gizlənərsən, susarsan, susqunluğunun uğultusu qulaqlarını batırar. Zamanı gözləyərsən ki kəpənək olasan! Mütləq olarsan da... susarsan bəlkə yenə, amma görünüşün danışar. Mütləq danışar... gözqamaşdırarsan. bir günlük həyat yaşayıb bir ömür sanarsan ..və sonra isə həmişəlik susarsan...

P.S. bəzən o qədər susur, danışmıram ki danışmağı yadırğıyıram. Qəribədir...

"Kim deyibsə doğru deyib, bu ölümdən betər tənhalıqdır." A.Kamyu

Comments

  1. Misrasız Kölgə17/4/14 12:42

    Bəzən səsini eşitdirə bilməyin üçün susmaq lazım gəlir...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)