DÜŞÜNCƏLƏR...

Düşüncələrə dalıram.. Nəyi düşündüyümün fərqinə varmadan, elə hey düşünmək, düşünmək, düşünmək keçir içimdən.. Bəlkə keçmişimi, yadımda elə də qalmayan, dumanlı uşaqlığımı, ya gələcəyimi, necə olacağını, ümumiyyətlə olacağını bilmədiyim qocalığımı düşünürəm.. Və düşünməkdən zövq alıram.. Nə düşündüyümü bilmədiyimi və nə üçün bu qədər düşündüyümü düşünürəm.. Gecələri, sabahları, uzaqları, yaxınları fikirləşir, daha uzaqları, uzaqdakıları, daha yaxın və yaxındakıları xatırlayıram.. Təsadüfi kəlmə kəsdiyim, bir daha heç vaxt görə bilməyəcəyim insanlar keçir fikrimdən.. Sonra yerini verir başqa düşüncələrə.. Eyniylə notlar kimi, vurur akkordlar, forte səslənir.. Mən də beləcə dəyişirəm fikrilərimi.. Anamı düşünürəm.. Onun gözəl üzünü, qayğısını, sevgisini.. Ailəmi düşünürəm.. Yenə uşaqlığımı düşünürəm. Atamın 15 il əvvəlki görkəmini xatırlmağa çalışıram.. Notlar bu anda piano.. və mən yenidən başa qayıdıram. Yenidən daha dərinlərə dalıram.. Sevdiklərimi, sevdiyimi düşünürəm.. Tək qalmaq üçün gizlənməyimi düşünürəm.. Yaradılışımı, YARADANIMI düşünürəm.. 4:01 dəqiqəyə sığdırıram yaşadığımı, dərk etdiklərimi, yaşayacağımı.. Mən nə üçün beləyəm sualını özümə verməkdən qorxuram.. Cavabını bilmədyim bütün suallardan çəkinirəm ümümiyyətlə, və istəmirəm o sualların tərkindən baxım özümə.. Səhər sübhdən insanların düşüncəli üz cizgiləri keçdi bu anda fikrimdən, onları düşündüm.. Hər kəsin özünün özünəməxsus düşüncələrini bilmək istədim, daha çox bilmək istədim.. və bu arzu da beləcə yox olub getdi, notlar bir birini əvəz etdiyi kimi.. Vaqif Mustafazadə çalır.. Düşüncələr səslənir.. Bir qızcığaz düşünür..

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)