EŞQİN YELLƏNCƏYİ... (15.10.09)


Yenə günəşli oktyabr səhəri.. Bu dəfə tələsmədim heç nəyə, yetişmək istəmədim heç kimə, onsuz da artıq gecikməmişəm. Bunu bilirəm.. Hər il təqvimdə dairəyə alıram bu tarixi, mənə əziz.. mənə yaxın.. qəlbimə bağlı.. Qeyd etmədim təntənə ilə amma bu il. susdum.. baxdım.. eşitdim.. və ən nəhayət hiss etdim.. Gündüzlərimi qaranlıqdan xilas etmək üçün ona aid heroqliflərə ehtiyacım var imiş, aldım.. oxudum.. gizlədim.. yenə oxudum.. yenə gizlədim.. əzbərlədim.. Əzbərlədim hər sətri, həs sözü.. İzləyə bildim hissləri. və gecə ulduzların həvəsinə çıxdım boş küçəyə.. Payızın soyumağa yenicə başlayan küləyi qarışdırdı buruq saçları.. Toxundu üzümə, sığal çəkdi.. Ulduz görmədim səmada, buludların arxasında gizlənmişdi hamısı, amma mən əmin idim, buludların arxasında sayrışan ulduzlar mütləq var, hardasa bir yerdə küləklərin onun da saçını oxşadığına əmin olduğum kimi.. Boş yelləncək gördüm qaranlıq küçədə, ürəyim çırpındı, ilk dəfə aşiq olmuş kimi.. Və bir anda artıq mən yelləncəkdə idim.. Başımı gicəlləndirən yelləncəkdə.. Eşqimin yelləncəyində...

P.S. Nəsə hiss edirəm.. Bilmirəm nədir, qeyri müəyyən, qeyri sabit, qeyri.. qeyri.. qeyri.. Daha neçə "qeyri"ləri artırıb, hiss etdiyimi daha da qeyri adiləşdirə bilərəm . Uzaqlığın yaratdığı sərhəddənmi irəli gəlir!? Yox.. Deyəsən başa sala bilməyəcəyəm.. Bu gün mənim günümdü. Bu gün.... Eh bu gün ən təbii duyğularımın başlanğıcını qoyan qeyri təbii, yalnız bir günümdür...

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)