GÜNƏŞİN QARANLIĞI...

Gizlənmək asandı.. Bunun ücün ətrafindakılardan qacıb öz qınına girmək bəs eləyir. Ya da arxana baxmadan qaçmaq.. Bəzən qaçmamaq da olar. Əksinə, hamı irəli gedərkən dayanıb ətrafında qəfil hərəkətlərlə səni arxada qoyub irəli gedənlərə baxarsan. Sevinərlər sənin durğunluğuna bəlkə də. Amma tapılır hərdən səninlə birlikdə ayaq saxlayıb səni gözləyənlər ...bəzən gizləndiyin bütün yerlərə gözətçi qoyarlar. Gizli yer qalmaz.. Təzəsini keşf eləməyə də həvəs.. Oğurlayarlar hisslərini, sənə aid olan, özünküləşdirdiyin hər şeyi.. Buna görə inciməzsən də artıq, hətta səxavət qapısından özün də paylayarsan. Bir gün tükənərsən təbii.. Dayanarsan sonun astanasında, amma ürəyin hiss edər ki, bu son deyil. Bu dəhşətli də deyil, ən sonları yazmağın əlimizdə olmadığını dərk edib bildiyimiz kimi.. Həyatin çox üzü ilə taniş olduğunu düşünərsən, amma bildiyindən də çox üzünü gizlətməyi bacarır o.. Hələki heç kim ona gözətçi qoymağa cəsarət eləməyib.. Günəş kimi gizlənmək maraqlidi, özü ulduz olsa da, geceler görünməz səmada.. Gizlənmişəm mən də...
P.S. Gecənin qatı qaranlığında düşündüklərimdən...

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)