ANONİM ŞEİR - "ADƏTİMSƏN"



Yenə kövrəlirəm bir axşamçağı
Kimdən darıxardım sən olmasaydın!?
Həsrət vuran yerdə qanlı bıçağı
Səsim də cixmazdı sən duymasaydın..

Sən mənim ərk yerim, nazımı çəkən
Sən mənim ömrümü güldürənimsən.
Hərdən buz baxışla hirsini töküb
Səhvimi, düzümü göstərənimsən..

Harayım catmazdı,ünüm yetməzdi
Yolumun üstündə sən durmasaydın
Ayağım bir addım önə getməzdi
Görüşə getdiyim sən olmasaydın..

Başımı hər zaman uca eləyən
Əyilməz qürurum, fəxarətimsən.
Bütün vərdişləri tərgitmişəm mən
Mənim əl çəkməyən tək adətimsən..

Anonim

Comments

Popular posts from this blog

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

ONUN SEVGİ MƏKTUBLARI

XATİRƏLƏR... XATİRƏLƏR... :)