TÖKSÜN LEYSAN GÜLLƏRİM...


Bu gün nəhayət ki 2 illik aradan sonra güllərimi ezizləyib onlara yenidən qayğı göstərdim.. :) əvvəllər elədiyim kimi... Uzaq qalma səbəbim birinci nəsə depressiv halım, ondan sonra isə getdikcə solan güllərimə baxıb ürəyimcə qulluq olunmadığını görmək oldu.. və beləcə unuduldular sanki mənimçün.. Amma vaxt var idi mən onlarla nəfəs alırdım demək olar ki. Onları səliqə ilə əkib sonra qulluqlarında durmaq böyük zövq idi mənə... itən həvəsimi yenidən bərpa eləmək 2 ilə başa gəldi mənə.. Amma mən çox sevinirəm. Bu iki ildə olduqca çox güllər soldu.. 4 dipçək fərqli və eyni güllər tamam solub məhv oldular.. İndi yeni bir qərar aldım. Deyirlər ki, gülü oğurlayanda başqalarında yaxçı böyüyür :) mən də "gül oğrusu" olmaq qərarına gəldim. Bu axı mənim keçmiş peşəmdi. Bibinin bağından azmı gül oğurlamişam (: ...gülləri yuyarkən bugün, mənə ən çox tesir eliyən balkonun ən küncündə baxımsızlıqdan rəngi bozaran, ətrafını toz bağlayan, susuzkluqdan torpağı cadar-cadar olan kaktusa bənzər gül oldu. Amma bütün bu şəraitinə baxmayaraq o çiçək açmışdı, böyümüşdü...
Əsas odu ki, həyatımda nələrisə, bəlkə də çox şeyləri qaydasına, əvvəlki vəziyyətinə salmağa çalışıram. Başlanğıcım isə güllərim oldu. Çünki qarşıda mənəvi cəhətdən güclü olmağımı tələb edən bir il var...

Qayıtdım mən GÜLLƏRİM :)
Vida ömrün qışına,
Güllər yağısn başıma,
Batım gül yağışına..
Batım gül yağışına..
Töksün leysan güllərim,
Əlvan-əlvan güllərim,
Şirin sözlü gellərim,
Mavi gözlü güllərim..
Ləklərdən güllər aşır,
Güllər yanır-alışır,
Güllər nədən danışır..
Güllər nədən danışır..

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)