UZAQLARDA...

..burada ulduzlar daha uzaqdır,
az parlaqdır, xıpxırdadır

..burada yağışlar daha narındır,
duyğusuzdur, sadəcə yağışdır

..burada dəniz daha təmizdir,
sahili daşlıqdır, suyu dumdurudur, masmavidir

..burada payız daha şəndir,
ağaclar hər dondadır, yarparqlar rəngarəngdir

..burada gecələr daha səssizdir,
insansızdır, kimsəsizdir, küçələr qorxuludur

..burada evsizlər daha evsizdir,
bütün evləri bir çamadandır, yataqları daş yerlərdir

..burada körpələr daha xoşbəxtdir,
insanlar kədərsizdir, simalar qayğısızdır

..burada həyat daha asandır,
çarələr tükənməzdir, imkan qapıları apaçıqdır

..burada evlər daha sadədir,
hasarsızdır, mərmərsiz, aqlaysızdır

..burada çörək daha dadsızdır,
doyumsuzdur, ətirsizdir, "nənəsizdir"

..burada həsrətim daha çoxdur
.burada
uzaqlarda...

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)