AZ ZAMAN ÇOX İŞ...
Demək
olar ki, hər birimiz zamanın azlığından şikayət edirik. "Vaxt
çatdırmıram", "vaxtım yoxdur", "vaxt uçur" kimi frazalar da bizə çox
tanışdır. Şagirdlərdən tutmuş iş adamlarına kimi hamı bir ağızdan bu
cümlələri ən azı gündə 2-3 dəfə işlədir. 24 saatın 8-10 saatını yuxuya
sərf etsək, vaxt çatdırmadığımızı dediyimiz amma görülməsi vacib olan
işlərə vaxt çatdırmamağımız, həqiqətənmi zamanın azlığıdır, yoxsa bizim
onu düzgün bölüşdürə bilməməyimizdir?
Bu
mövzuya müraciət etməyimin əsas səbəbi, özümün də zaman-zaman vaxt
qıtlığından şikayət etməyimdir. Düşünürəm ki, hər şeyə vaxt çatdırmaq
üçün vaxtın düzgün bölüşdürülməsi əsas məsələlərdən biridir. Amma bunu
hamı bacarmır. Bəs nə etməli? Nədir bizim vaxtımızı alan? Bəlkə
faydasız işlər, normaya düşməyən fəaliyyət, ya astagəllik? Gəlin kiçik
hesablama edək :)
Hər
şeydən əvvəl sizin vaxtınızı "yeyən" fəaliyyətlətlərinizi bir yerə qeyd
edin. O fəaliyyətlər ki, həyatınıza faydalı heç nə gətirmir. Başqa
sözlə desək, gün ərzində vaxtınızı "hədər yerə aparanlar"a ayırdığınız
zamanı təqribi rəqəmlərlə yazın. Məsələn:
Facebooku gəzişmək (+online olan dostlarla lazım oldu olmadı danışmaq) - 3 saat
E-maili gündə bir neçə dəfə yoxlamaq - 10 dəqiqə
YouTube-da vaxt aparan videolara və ya lazımsız TV proqramlara baxmaq - 2 saat
Məhşurların mənasız həyat tərzlərini, bir biri ilə yaratdıqları şouları izləmək, oxumaq - 30 dəqiqə
WhatsApp
söhbətləri (+kontaktında whatsappı olan bütün nömrələrin profil
şəkillərinə və statuslarına göz gəzdirmək) - 3 saat <+ daha çox
Hələ bunun twitteri, instagramı, telefon danışıqları var.
Sərf
etdiyiniz zamanın təqribi rəqəmlərini yazdıqdan sonra kiçik bir
hesablama edin və siz sadəcə şok olacaqsız. Gəlin misal çəkdiyimiz
yuxarıdakı rəqəmləri hesablayaq - 8 saat 40 dəqiqə! 24 saatımızın 8-10
saatı yuxudursa, yerdə qalan 16-10 saatımın da kobud sayda desək 8 saat
40 dəqiqəsini bu cür boş yerə xərcləyiriksə bizim özümzüə ayıracağımız
zaman kəsiyi cəmisi 7-8 saatdır ki, bu zaman da işdə və ya dərsdə
oluruq. Bu 24 saatın içində BİZ haradayıq? Faydalı işlərimiz haradadır?
Əslində
çoxumuz bunun həllini uzun uzun "etməli olduqlarımız" siyahısını
yazmaqda görürük. Çox vaxt siyahıda bir ay ərzində bütün görməli
olduğumuz işləri yazırıq, amma onlar da gözümüzə batır və bizi qorxuzur.
Burda isə psixoloji oyun oynamaq lazımdır. Beləki, hər səhər etməli
olduğunuz 3 işi qeyd edin. Bu daha asan görünəcək və konkret işlər
olduğu üçün işin görülməsi prosesi də surətlənəcək. Və beləliklə aylıq
etməli olduqlarınızı gün-gün yazaraq daha asanlaşdıra bilərsiniz
(bilərik) :)
Sərf
etdiyimiz zamanı ölçməyi bacarmalıyıq. Belə deyək, öz beynimizdə timer
qurmalıyıq. Məsələn "Bu işi saat 1-ə kimi görüb saat 2-ə 15 dəqiqə
işləmişdən o biri işimi görməliyəm." Bu prinsiplə işimizi qurmalı və ona
riayət etməliyik. O zaman nə ləng tərpənər, nə də lazımsız işləri
gördüyümüz işin içinə salarıq və işimizi rahatca tamamlayar və ya o günə
müəyyən etdiyimiz məsələnin bir qismini görmüş olarıq. Bu zaman əsas
məsələ, qəfil gələn qonaqlar və ya qəfil meydana gələn gölənilməz
hadisələrdir. Bunu müəyyən etmək isə sizə qalıb.
Əlbəttə
ki, biz özümüzü ancaq işə verməliyik kimi bir fikirə düşmək də
yersizdir. Planlarımızın müqabilində, zamanımızı doğru bölməyimiz
müüqabilində özümüz özümzü mükafatlandırırıq. Onda daha stabil olan
sərbəst zamanımızda ailəmizə, dostlarımıza vaxt ayırır (söhbət canlı
ünsiyyətdən gedir), kitab oxuyur, sevdiyimiz şirniyyatı bişirir, "ay daa
dərs etməliyəm amma bu kinoya baxmaq istəyirəm" sözünü işlətmədən, heç
bir vicdan əzabı keçirtmədən, məsuliyyət daşımadan sərbəst zamanımızı
ürəyimiz istədiyimiz kimi dəyərləndiririk.
Əsas
məsələ odur ki, etməyi düşünməyin - sadəcə edin! Siz düşündüyünüz zaman
başqaları artıq birinci, beşinci addımı atır. Əgər bir işi görməyi
beyninizdə planlaşdırmısınızsa artıq, daha nəyi gözləyirsiz? İrəli
gedin. Siz etməli olduğunuz işləri etməyi düşündükcə, həyat və
maraqlarınız siz görmədən yanınzdan ötüb keçir. Həmçinin də əksinə, siz
özünzü tamamən maraqlara və boş əyləncəyə verdikcə, cəmiyyətdən, dünya
görüşündən, mənəvi inkişafdan geri qalırsız. Balansı tutmaq, onu görmək,
anlamaq bəlkə də asandır, amma əldə saxlamaq və həyata keçirmək asan
deyil.
Zaman bizim özümzündür, onu doğru və ya yalnış yerə sərf etmək də tamamilə özümzün əlindədir.
Vəsilə ABBAS
Vəsilə ABBAS
Comments
Post a Comment