SÖZÜN DÜZÜ...

Sözün düzünü desəm, dünəndən yazmaq üçün açdığım beşinci səhifə və draft bölməsində saxladığım iki yazıdan sonra cəhd etdiyim üçüncü fikir tuğyanımdı. :)
Nədən yazmaq istədiyimi dəqiqləşdirə bilmirəm: sevgi? xatirələr? nigarançılıq? keçmişin oyunu ya gələcəkdən müdhiş qorxu? Bilmədim. Bilmədiyim üçün çapaladım və sonda fikrimi cəmləşdirmək üçün bir qərar aldım. Cəmləşdirdim "sevdalarımın" üstündə.. və elə o andaca nigarançılığım yox oldu, gələcəydən qorxularım pufff olub uçdular, keçmişin oyununda qaliblər də məğlublar da eyni qutuya qoyuldu. Təkcə bitməyən  sevgimi və  əvəzsiz xatirələrimi saxladı "sevdalarım"... və mən 50 dəqiqədir ki başlayan bu günümün bitməsinə 50 dəqiqə qalmış danışacağam.. yazacağam.. sevgidən və xatirələrdən. . . :)

Bu yaz bir başqa yazdır,
Bu yaz daha da xoşdur,
Vay o qəlbə ki boşdur..

Mikayıl Müşfiq, "Yenə o bağ olaydı"

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)