DÜZÜN SÖZÜ...

Həyatın ironiyasını başa düşmək üçün həyatın sadəcə hər üzünü görmək, gördükdən sonra dərk etmək və qəbul etmək lazımdır. Bunlardan birini eləmədinsə yaşamaq asan deyil, inanın...

Mənim həyatım "puzzle"dır. Və mən istəmədən "puzzle"ın ən vacib hissəsini itirmişəm, həyat şəklimin görüntüsü əksik qalıb, boş qalıb. O boşluğu doldurmaq isə qeyri mümkündür, çünki bənzər hissəni heç vaxt tapa bilməyəcəyəm.. Mənim axı o hissəni doldurumaq kimi bir fikrim də yoxdur heç. O parçam əvəzedilməzimdir! Ona görə mən də sadəcə şəklin görüntüsünü dəyişməli oldum. Bu heç də asan olmadı.. istədiyimi əldə edənə qədər xeyli səhv buraxdım, çətinliklər gördüm, uyğunsuzluq, uğursuzluq əldə etdim. Amma nəhayət ki istədiyim görüntünü aldım. 

Mən "puzzle"mı boşluğumla dolduracağam, itirdiyim hissəm ilə sevib, bəzəyəcəyəm..

 ONA isə söz verdim... 
..həyatın istər ironiyası, istər tamaşası olsun hər zaman əlini beləcə tutacağam. Çünki O itirdiyim hissəni bəzəyən əsas parçalarımdandır.. 
O mənim yarımdır. . .


Comments

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)