FİZİKA VƏ MƏN...

İyul ayımı başqa cür xatırlamıram.. məktəb vaxtı fizikanı yalnız qiymət üçün oxuyan, Şəmiyyə müəlimənin başa saldığı dərsləri başa düşməyib, sadəcə əzbərləyən mən, bu ay fizika oxudum, özdə başa düşərək və istəyərək.. hələ də mütaliələrimə və axtarışlarıma davam edirəm düzü..

Kvant fizikası, hardan necə qarşıma çıxdı bilmirəm. O qədər şeyləri açır ki insanın qarşısında onun ola da bilər və olmaya da bilərləri məni özünə maqnit kimi çəkir. Frekansım onda cəmlənir. Alfa dalğama keçirəm və bu qəbildən daha neçə sözlər. 

İyul ayında yenə özümü axtarışla məşğul oldum, amma digər aylara baxanda əldə etdiyim bir şey var. Axtarışın xəritəsini çəkdim.. bəli, artıq bilirəm səbəbim nədir, fərqindəyəm və bu məni qismən rahatladır. İyul ayımı necə keçirtdim sualını qısaca aşağıdakı kimi cavablandıracağam:


  • ..tamamilə zamanımı işə bir də evə sərf etmişəm.

  • ..ondan sonra isə kvant məlumatlarına :)
  • ..ailəmlə maraqlı zaman keçirmişəm, Lahıca getmişəm və Amerikadan qayıdandan sonra ilk dəfə təbiətimizdə məni təəccübləndirib valeh edən mənzərələri seyr etmişəm.
  • ..ruhumun həkiminin qəbuluna getmişəm düz bir ildən sonra və işarələrin dilini başa düşmüşəm. Məgərsə bir azca ətrafa diqqətli baxanda hər şey hər şeyi bizə açıb deyirmiş..
  • ..səhər vərəqlərimi (morning pages) gecə vərəqlərimlə (night pages) əvəzləmişəm (bu haqqda məlumat mütləq paylaşacağam).
  • ..kitab sifariş etsəm də yalnlz avqustun 2si əlimə keçib, ona görə bu ay da kitab almadan keçib
  • ..Oğuz Atayın yarımçıq qoyduğum Tutunamayanlar əsərinə yenə tutuna bilməmişəm. İşdə eləcə qalıb stolumun üstündə. Onun əvəzinə digər yarımçıq qoyduğum kitabı oxuyuram. Amin Maalofun Afrikalı Leosu. Onu da iyulda bitirmədim ona görə daxil olmur iyul siyahısına. Aldığım kitablar kimi.
  • ..ayın son günü isə balacamla doğuşdan sonra ikinci dəfə xəstəxanada qalmağımla yazıldı təqvimimə. Daha çox anladım övladın candan ayrı can olduğunu.. onun yemədiyi hər tikə, mənim də boğazımdan keçməyən tikələrin sayı olduğunu. İndi isə çox yaxşıyıq və əsas da odur!
..sonra nə etdim? ..şükr etdim, çoxlu şükr etdim və fərqində oldum.

Minnətdaram..
Təşəkkür edirəm..
Şükürlər olsun..

Əgər bunlar hamısı həqiqətən kvanta görə bir enerji axınıdırsa, biz enerjiyiksə, düşündüklərimiz enerjidirsə və biz bu enerjilərimiz ilə hər şeyi idarə ediriksə o zaman bu aydan istəklərimin var oluşuna enmək zamanıdır. Gələn aya sevgilərlə..

P.S. bu ay özüm üçün gözəl şeylər etdim, çoxdan planlaşdırdığım amma etmədiklərim.. 

Comments

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)