İlin son və ilk yazısı ~10~

Bu il 10cü ildir ki ilimin necə keçdiyi barədə yazı yazıram. 10il... bu əslində heç də az zaman deyil. Və hər ili çox fərqli keçirmişəm, adətən necə başlayıbsa ilim deyəsən o cür də davam edib. Ya da mən elə hisslər yükləmişəm..

 Nə üçünsə dekabrın son günləri əslində təqvim dəyişməyin nə qədər sehirli olub olmadığını düşünür, zamanın əslində saatın əqrəblərinə görə hərəkət etmədiyini, bizim hisslərimizə görə dəyişdiyi qənaətinə gəlmişdim. Sanki bu düşüncələr ilə yeni ili çox "eqzotik", balaca balamın səhhət problemləri ilə qarşılmağım, 1 yanvar tarixini isə xəstəxana koridorunda keçirməyim üst üstə düşdü :)

Ruslar demiş "и смех и грех"...

Amma onu bilirəm ki, 2019-cu ilim mənim üçün, şəxsən özümü tapmağım, həyatda çox şeyləri anlamağım, və bu yolda cığır çəkməyim üçün mükəmməl il oldu. Mən Leylanı tanıdım, onun sayəsində şüurlatının bizim qərarlarımızda, bu günkü həyatımızda nə qədər böyük rol oynadığını anladım, mən kvant fizikası ilə tanış oldum, maraqlandım, həyatımızın fiziki hadisələrlə nə qədər bağlı olduğunu başa düşdüm, ilin əvvəli bolca meditasiya etdim, oğlumu bağçaya qoydum, yenidən işə qayıtdım, üç ölkəyə səyahət etdim, bolluca kitab aldım və oxudum (bu haqqda da zamanım olan kimi ətraflı yazı yazacağam), kinolara baxıdım, yazılarıma qayıtdım, yeni serial kəşf etdim, oğlumun ilk cümləsini duydum, ilin sonunda ingilis dilindən danışıq kursuna başladım,. Küsdüm, incidim, hirsləndim, xəstələndim, barışdım, başa düşdüm, sevdim, sevildiyimi hiss etdim, bağışladım, yenidən və yenidən başa düşdüm və bunun kimi daha onlarla hissləri yaşadım 2019-da. Mənim üçün itki olmayan il, ən gözəl ildir..

..2020dən bəzi istəklərim var. Reallaşacaq əminəm. O zaman burda bütün xoşbəxtliklərimi 2yə vuracağımdan geninə boluna danışacağam. 

İndi isə hələ də heç cür start götürə biımədiyim yeni ildə analıq öhdəliklərimi həyata keçirməyə davam etməyə gedirəm :)

Qoy aşağıdakı şəkil də burda qalsın..

2020-də başıma gələcək hər bir hadisənin şərəfinə ❤



Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)