KARANTİN GÜNLƏRİNDƏ EŞQ

5 aylıq fasilədən sonra nəhayət ki, yeni yazımı yazmaq gəldi ürəyimdən...

İnsanın həyatında bir məqam olur ki bu sadəcə durğunluq, depresiya, dərinə enmə, özü ilə, daxili ilə başbaşa qalmaqla keçir.. Məncə məhz bu məqam insanı bir az daha kamilliyə və özünü tanımaya gətirib çıxarır. Bu həmin məqamdır ki, insan həyatındakı səhvlərdən və başına gələnlərdən nəticə çıxarır. Lakin bunu hər insan görə bilirmi? 

2020-ci ili qarşılayanda nələrsə həmişəki kimi getmirdi, xatirlayıram. Əslində ətrafımda hər şey var idi, istədiyim və başqasının belə arzulardığı hər şey, amma hiss edirdim, bu o deyildi, bu olmaq istədiyim və daxilimin rahatlıq verdiyi məqam, an deyildi, bu bayram bayram deyildi.. Mənsə həmin gün saat 00:00-da başıma gələcək hər şey üçün badə belə qaldırmışdım :)  sanki hər şeydən qabaqcadan xəbərdar idim. Sanki yeni pandemiyanın sağlığına içirdim :D 

Bəli, artıq yarım il keçib ki, 2020-ci ili necə keçirdiyimizi ümumdünya olaraq dərk edə bilmirik. Yaxınını itirənlər, xəstəlikdən qorxub dərin depresiya keçirənlər, lockdown günləri, icazəli və limitli küçəyə çıxma ayları. Kimisi özünü inkişaf etdir/ir/di, kimisi passivliyinin zirvəsini yaşayıb Garfield pişiyinin həyatından fərqli bir həyat yaşa/mır/madı. Yaşamadı deyirəm, düzü heç keçmiş zamanda danışmağım da doğru deyil. Çünki hələ də çağırılmamış qonaq olan virus məhvumundanmı deyim, mövzüusundanmı deyim (adını çəkmirəm, çünki ürəyim bulanır o sözdən, sözün həqiqi mənasında) canımız qurtarmayıb.

Mən sizə ölkədə baş verən hadisələrdən, polis-vətəndaş münaqişələrindən, inananlar və inanmayanlar cəbhəsindən, həkimlərdən, yoluxanlardan və ya yalandan yoluxan adı ilə siyahıya alınanlardan, dünyada baş verənlərdən, ağ və qara dərili insanların qarşıdurmasından uzun uzadı danışmaq istəmirəm. Bunun üçün yetəri qədər sosial şəbəkələrdə məlumatlar var. Mən sadəcə, bu günlərdə insanın ətrafında yaranan bu qatı stressdən uzaq qalmağın yollarını axtardım öz-özlüyümdə. Təəssüf ki, tapa bilmədim.... Tək çarəni özümə, daxilimə dönməkdə, özümü öyrənməkdə və tapmaqda tapdım.

..və səhhətim. 2 ay səhhətimlə mübarizə apardım yeni nəfəs üçün. bütün hadisələrə, baş verənlərə, övladıma, ailəmə uzaqdan baxa bildim. Bu gün isə yeni nəfəsin yeni oyanışını hiss edirəm daxlimdə və yeni məni hazılayıram gələcək üçün.. Adına isə karantin günlərimin eşqi deyirəm :) 

ah kitablarım... Əlbəttəki onlardan da uzaq düşmüşəm. "Pal küçəsinin oğlanları" yarım qaldı, "Kağızdan evlər" yarım qaldı... əvvəldən yarım qalan kitablarım hələ də yarım qaldı. 

Son günlər hiss edirəm ki, ciddi ədəbiyyat oxuya bilmirəm, bəlkə də bu ruh halımla bağlıdır. Kasıblıq, müharibə, şiddət, əsirlik, sürgün, aclıq, ayrılıq, ölüm - hansı ki ciddi ədəbiyyatın əsas mövzularıdır. Son aylar melodram kitabların siyahısı sadalana biləcəyi barədə əvvəlcədən xəbərdarlıq edim mən, ruh halımdan bunu hiss edirəm çünki :D Keçən həftə uzun aradan sonra aldığım iki kitab da məhz onlardandır, kitabın əvvəlini oxuyanda sonunu artıq bildiyimiz və ya təhmin etdiyimiz qismdən. :)

..amma yenə də olsun...
İyun kitablara yenidən qayıdış ayı olsun istəyirəm..
NewNormal həyatımıza başlamaq ayı olsun istəyirəm..
Daxilimdəki sıxıntıları geridə qoymaq ayı olsun istəyirəm...
Yeni SƏN/MƏN olaraq daxilimdə hiss etdiklərim və istədiklərim ilə həyatımıda baş verənlərin vəhdəti ayı olsun istəyirəm.

..bütün bu olub keçənlərdən isə əsas şükür etdiyim, sevdiklərimin, ailəmin sağ və salamat olmasıdır.
Gerisi boşdur mənim üçün..

Və əsaslardan biri də odur ki karantin günlərində belə eşq yaşamağı bacaraq :) 

Sağlam olaq!







Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)