SƏNİ YAĞIŞLARLA İSTƏMİŞDİM...



..Səni yağışlarla istəmişdim. yağışlarla sevmişdim səni, sevgimi anladiğım gün də gözlərimin yağışı heç durmadı ayrılığın qorxusundan.. Vurulmuşdum sənə, yağış damlalarını nəzərlərinlə oxşayan mehriban, qəliz baxışlarına.. Səni yağışlarla bəzəmişdim xəyalımda.. Yağışlarda öpmüşdün məni, mən yağışı sənsə məni.. birləşmişdi duyğlar, ümidlər.. yumuşduq yağışlarla ayrılığın tozlarını.
..Səni yağışlarla istəmişdim.. Elə belə.. özüm üçün.. yağışdan islanan cismim kimi hisslərimdə islanmışdı bu sevgidən.. Gözləməkdən heç bezmədim.. yağışlarla istədim səni sadəcə..
..Qizmar yay gecələrinin ən nəfəs kəsən istisində gözlədim hər ikinizi.. əslində bilirdim həmin anda nə sən, nə də yağışın gəlməyəcəyini.. mənimkisi nə idi!? yağışı istiyərkən Sənmisən , ya yağışmı oldu səni istəməyimə bəhanə!?.. bilmirəm.. amma hər ikiniz var idiniz sevgilərimdə...
..Gəlişinlə gətirdin yağışımı da. Səni yağışlarla qarşılamaq, həsrətinin qurutduğu duyğuları yağışların sularında islatmaq istəmişdim.. Bilmirəm təsadüfdü ya zərurət, heç bilmirəm.. Amma müjdəsi var yağacağına..
..Səni sadəcə yağışlarla istəmişdim.. və.. və Sən gəldin yağışlarla...

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)