KÜSÜLÜ QALA BİLMİRƏM...













Qayıdıb gəlmişəm yanına yenə
Nə olar bu dəfə qəlbimə dəymə.
Deyəsən gülürsən acizliyimə,
Neyləyim küsülü qala bilmirəm.
Sevənlər həmişə yesir düşübdür
Axı aramızda nə sirr düşübdür
İradəm sevgimə əsir düşübdür
Neyləyim küsülü qala bilmirəm.
Zaman gözləməyir ömür gün axır,
Soyuqluğun məni yandırıb yaxır.
Gözüm gözlərinə yalvarıb baxır,
Neyləyim küsülü qaıa bilmirəm.
Uçub buludlara qona bilərəm
bu dərdin əlindən sola bilərəm
Ömürlük ac susuz qala bilərəm
Neyləyim küsülü qala bilmirəm. (N.KƏSƏMƏNLİ)
Küsmək asan olsa da, "küsdüm" demək asan olsa da ondan sonra gələn yalnızlığa dözmək asan deyil məncə.. əgər anlaşma varsa küsmək nə üçün!? küsmək varsa barişmaq da var... mən barışığı seçdim :)

foto: Ehtiram Jabi https://www.facebook.com/ehtiramjabis/timeline

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)