AYRILIQ, AZADLIQ, ASILILIQ....

Əslində hamımız bir gün ayrılacağıq.. Ən geci dünyadan köçərkən.. sevindiyimiz bütün günlər, əldə etdiyimiz bütün uğurlar, keçirdiyimiz bütün xoş dəqiqələri geridə qoyub sadəcə ayrılacağıq.. səbəbsiz ayrılq olurmu düşünürəm!? ..əgər hər bir olan və olacaqların səbəbi varsa!? bir halda ki mən getməliyəm ifadəsi və onun arxasında səbəbsizlik səbəbi durursa... lap əvvələ qayıtmaqçun insanda illər keçdikcə güc və istək azalır elə bil.. yaşadığını yenidən yaşamaq, gördüklərini yenidən görmək, ama fərqli situasiyalarda.. öyrəşdiyin kimi yox.. çətinləşir ona görə. gedənin yerinə yeni birini qoya bilmək və bilməmək.. şəraitin olması olmaması.. hislərimizin necəliyi.. əslində bəlkə də hər şey hal-hazırkı olduğumuz şərait və möqedən asılıdı.. çünki biz özümüz neyə görəsə kimdənsə asılıyıqsa deməli ətrafımızda qurduğumuz şəraitdə məhz həmin ankı asılı olduğumuzdan asılı olacaq.. bəs azadlıq!? bəs duyğuların azadlığı!? istəklərin azadlığı!? çərçivə içinə çəkilən çərçivə içində yaşamaq... bəlkə də elə ən gözəli də budu... bilmirəm mən.. fikirləri qarışdırmaq istəmirəm... azadlıq və ayrılıq kəlməsini nə birləşdirə bilər ki!? düzdü ola bilər biri getsin və o dövrdən azadlığı hiss edəsən ama o ondan da hisslərinin quluna çevriləcəksən, xeyəllardan asılı olacaqsan, düşüncələrin əsiri kimi gəzəcəksən... sözsüz ki müəyyən vaxdtdan sonra onda da azad ola biləcəksən ama başqa "nəyəsə" ya da "kiməsə" azadlığını verdikdən sonra... yox, yox bəlkə də bu fikirlərin hamısı adsurddu.. onda mən düşünmək istiyirəm ki azadlığ və ayrılığ sözünü sadəcə əlifbanın birinci hərfi olan A hərfi ilə başlaması birləşdirir... başqa nə ola bilər ki!?... araşdırım görəsən ya yox!?.....

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)