KÜLƏKLƏR KİMİ...


Dəyişir zaman, dəyişir insanlar, dəyişir dövran... dəyişkən fəsillərlə duyğular da dəyişir.. aləmi sovurub aparan küləklər kimi.. küləyin təzyqindən yerini dəyişən qum dənəcikləri kimi.. sol əldəki üzük dəyişir olursan "başıbağlı".. dəyişir həyatın, hisslərin, ümidlərin.. Bir örpəklə örtürsən vücudunu, saçlarını olursan başıbağlı.. dəyişir imanın, ibdətin, insanlara fikirlərin.. dəyişir insan, dəyişdikcə zaman dəyişkən küləklər kimi...
...Amma mən dəyişmədim, hislərim də dəyişmədi. sevgi adlı dəyişik bir duyğu içindəykən.. kulək kimi sovruluram mən də həyatın boşluğunda enişlər və çıxışları görə-görə... yoruluram, bəzən bezirəm.. təkliyə üz tuturam.. küləklərlə qucaqlaşıb dəyişirəm mən səmtimi.. yenidən qayıdımmı başa qazandıqlarımı geridə qoyub!?.. mən külək deyiləm axı getdiyim yerlərə bir də qayıdım rahatca.... Sabit olan duyğular var ki deyişmədən qalacaq, azalan istiqamət deyil yönü.. şiddətlənib, yatmayacaq küləklər kimi..

Dəyişmədi sevgim zərrəcə inan..... :(

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)