OLSAM....

                                            Bir günəş olsam,
Doğsam hər səhər..
Sübhün alatoranlığına rəng qatsam,
işıq saçsam..
Oyatsam mürgülü şəhərimi,
bir də sakinlərini.
Ya da bulud olsam,
ötsəm günəşin önündən,
uçuşsam səmanın ənginliklərində sərbəst
maneəsiz...
Çox sevdiyim yağmur olsam,
yağsam bol-bol
sevindirsəm sevənləri,
naxış vursam yolların üzərinə,
gölməçələrdə islatsam ötüb keçənləri,
sərçələri..
Külək olsam,
qəzəbimi söndürərm bəlkə belə,
hiss etmədən incidərəm kimsələri..
Bir yol olsam,
birləşdirsəm uzaqları bir birinə,
qovuşdursam ayrı düşən ürəkləri,
bəlkə elə həsrəti də yox edərəm məsafəni dəf etdikcə?!
Zaman olsam..
axsam elə, dayanmasam?!
Bəs dayansam?!
dönüb geri qayıtmağa gücüm olsa..
Bir də başdan demək üçün səbəb olsam..
Fikir olsam,
Duyğu olsam..
hər nə olsam,
hər kim olsam..
Mən MƏN olsam?!

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)