SƏSSİZ NOYABR GECƏSİNDƏ....


Gecə sakitdi.. Həm də çox... sükutu dinləməkçün bu an nələri verməzdim ki!? ..yox "nələri verməzdim" i dar mənada dedim.. Kəlmələrin bitdiyi yerdə dayanmışam.. gözümü bağlayan yalnız həvəslərim və gələcəyə inamımdır.. telefonum durmadan çalır, bu dəqiqə də daxil olmaqla.. amma içimdən bir səs susqunluğu hakim kəsir.. Bəsdirin!! Danışmayın daaaaaa... sükutumu almayın məndən.. maraqsızdı danışdıqlarınız!! qohumlar, onların həyatları nələr.. nələr.. İcazə verin mənə! sükutu dinləmək haqqımdı! ...aha, sakitlikdi yenə.. sakitliyimi prosessorun uğultusu pozur. insan səsindən daha sakit gəlir.. yenə nələrəsə qərq olur içim.. darıxıram axı deyəsən, amma nə üçün!? kim üçün!?.. yenə təkliyə qapanmaq istəyir bu ürək nə oldu!? bezdinmi artıq.... ola bilməz axı! kaş indi məni başa düşə biləcək biri ola... kaş mənimlə mənim dilimdə danışa bilən biri... axı hardasan!? axı mən səni ikinci yarım deyib seçdim.. dilimi anlamırsan, özümü anla heç olmasa...

...bir sükutdu dolur qəlbimə, əsəblərin və aqressiyanın astanasıdır dayanacağım! nə edim hə, nə edim ki zaman zaman baş qaldıran təkliyə və sükuta vəhşicəsinə ac olan ruhumu doyurum.. yazılar da tükənib, daxilim də.. bir mən qalmışam.. çılpaqdan da çılpaq.. ...kaş bu yazı bitməyə.. səhərəcən mənalı mənasız nə sözlər varsa hamısını yazım.. yazım.. yazım..

..gəlib pərdələrlə örtdülər açıq olub səssiz noyabr gecəsinin havasını otağıma dolduran pəncərəni! yox yox.. açacağam.. elə açdım da.. sıxmayın ürəyimi!

axı nədi bu yazdığım!?.. üsyandımı həyatıma!? axı mən xoşbəxt idim.. axı mən dünyanın ən bəxtəvər insanı idim mehriban ailəsi, dostları, normal yaşam tərzi və.. və.. çox sevdiyi sevgilisi olan..!? ..bu yənə də MƏNƏM axı!?.. nə oldu bəs!?

..təklikdi istəyim..... səssiz noyabr gecəsindəki kimi...

P.S. yazımı bitirib yazacağam ona da.. üzr istəyəcəyəm təkliyimin şıltaqlığına görə.. anlayar yəqin..

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)