QÜRBƏTİN SƏHİFƏLƏRİNDƏN...


...Hər gün günəşin ilk şəfəqlərini özüm qarşılayırdım. sonra isə məndən çox uzaqda olan sevdiklərimə ötürürdüm.. şəfəqləri yola salmazdan öncə pıçıldayırdım bütün sevgi sölzərimi günəşə. əmin idim çünki çatdıracağından sevdiyimə.. əslində piçilti da deyildi bu.. həm nə fərqi var axı ucadan ya yavaşdan!? nə desəm də ətrafdakılar onsuzda anlamırdılar mənim dilimdən... sonra yağışlar başlayır, sarıyırdı məni öz qollarıyla.. mənə yad olan səmada rəqs etsələr də damlalar, bir fərq vardı.. toxumurdular onlar naxışlarını burda... insanlarda hərarət yox, hiss etdiyin soyuqluqmu ya yadlıqmı.. heç bunu gözlərdəki mənadan da sezmək deyildi mümkün... gün boyunca düşüncəmdə müaqyisə, fikirmdəki ayrılıqlar rahat vermir, darıxırdı həm ürəyim, həm qələmim... Qarşıladığım kimi elə özüm də ilk yola salırdım günəşi... gecələri salamlayırdım Bakımın küləyinin ətrini verməyən soyuq küləklərlə.. işiqlanırdı yadların şəhəri.. mənim şəhərimin süni işiqları sanki daha təbii görünürdü mənə bu an... xəyalımda gəzirdim İçəri şəhərimi.. "O"nun səsini eşitmədən səssisliyə bürünən lal olmuş nöbəti bir neçə gecə... qovdum zamanı.. və nəhayət.. Salam Bakım! mən artıq gəlmişəm..

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)