HƏCC ZİYARƏTİ...


Allahıma ibadətlərimi 100% və ürəyimcə yerinə yetirməyi bacarmir, tez tez axsadır, günaha batir, şeytana uyuram... ama bunu qəsdən də eləmirəm! belə də baxanda kim istəyər ki, Rəbbinin sözndən bilə bilə çıxsın!?... Dualarımda istəyim odur ki, ALLAHIM imanımı kamil eləsin, mənim kimi bütün zəif bəndələrinin də həmçinin... İnşallah..
Əslində yazmaq istədiyim başqa bir məlumat idi.. 02.11.2010-cu il tarixində bu ilin ilk zəvvarları Həcc ziyarətinə yola düşdülər.. bilmirəm, amma içimdə həmişə qeyri adi bir inam var.. o inam ki, bir gün, çox da gec olmayan gələcəkdə mənə də o gözəl yolun qismət olacağını deyir... mən bunu çox isəyirəm.. o yol ki, bütün müsəlmanların (əsl müsəlmanların!) xilas yoludur.... Allahım niyyətimizə çatdırsın inşallah.. AMİN!!

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)