AZƏRBAYCAN - QARABAĞ VƏ "O"


Mübariz İbrahimov... daha əvvəllər adi bir insan, əsgərlik dönəmində, yəqin ki, siravi əsgər.. valideynləri üçün oğul, qardaşı üçün bildiyimiz qardaş olub.. İndi isə adı qəhramnlar sırasına şərəflə yazılan İNSAN! bəli... Həmişə "Qəhrəmanlıq nə deməkdir?", "Əgər mən qəhrəman olsaydım", "Azərbaycanın milli qəhrəmanları" adı altında inşalar yazanda əslində kitablardan, ya da hələ o vaxt aglım kəsməyən 90-cı illərin hadisələrində qəhrəman olmuşlar haqqında yazar və düşünərdim.. sadəcə düşünərdim və yetinərdim onunla, çünki oxuduqlarım və eşitdiklərimdən başqa heç bir məlumatım yox idi...
..bu günsə mən QƏHRƏMANLIQ anlayışını çox açıq dərk edirəm. Qəhrəmalıq anlayışını dərk etdiyim gündən Onun, Mübarizin qəhərəmanlığı kimi digər biri ilə qarşılaşmadım! Mübarizin elədikləri qarşısında, hiss etdikləri və düşündükləri qarşısında bütün kəlimələr gücsüz və mənasızdı mənim üçün və bu zaman şəxsən mən sadəcə susmağı üstün tuturam.. Onun qarşısında sadəcə susmağı üstün tuturam!!!...
07.11.2010... nəhayət ki, rahatlıq tapdın.. Ruhun şad olsun MÜBARİZ! Şəhid olduğun torpaq da, dəfn olunduğun torpaq da SƏNİNDİR, bizimdir..! Allah rəhmət eləsin, AMİN!

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)