SƏN TANIMIRSAN MƏNİ....

















Hər gün daha çox sezdim,
daha çox görüb bildim...
özümü də mən sən etdim..
yox, əzizim yox,
sən tanımırsan məni!
Günləri salaraq təqvim çərçivəsinə,
ötürərək səhifələri,
hər ötən gün daha çox qorxursan
dəyişəcəyəm deyə..
yox sevdiyim yox,
mən beləyəm dəyişən deyiləm..
sən tanımırsan məni!
ilklərimin önündəsən sən..
sevgimdə kədər, qəm yox desəm
yalan olar,
incidirsən məni bəzən...
dinləmirsən məni qəsdən..
yox birdənəm yox,
sən tanımırsan məni!
səsimdə var azca qüssə,
sıxma qəlbi
sənsiz təkcə ürək olar könül olmaz..
üzmə məni
məndən mənə bir can qalmaz..
yox, yox,
sən tanımırsan məni!
inamına salsam kölgə,
qaralmış bir bulud kimi
dolub dolub hey yağaram yağışlar tək..
buraxma ki, gözlərindən uzaq durum,
dinlə səsi..
yox sevgilim yox,
sən tanımırsan məni!
göyərçin də uça bilir səmalarda sərçələr tək..
nə olsun ki,
sərçələrdən daha gözəl
daha bəyaz görünərək süzə bilər..
dönəcəyi yer bağlı qapı, qıfıl zindan..
sərçə isə daha azad, daha sərbəst..
istəmirəm göyərçin tək dustaq olum..
çək üzümdən o pərdəni..
yox, əzizim, yox,
sən tanımırsan məni!
sevgi də var həm qadağa, həm icazə..
ürək dözər, fikir coşar, kədər gedər...
kiçik dünyam, orda bir sən bir də mənəm...
nə deyirsən tanıdımmı məni sənə!?
gəl yaxına...
hiss et məni...
sus..
inan mənə...
sən tanıyacaqsan məni....!

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)