ÇALIR... ÇALIR...

Həzin musiqi kimidir ömür.. çalır.. çalır.. sanki hər not bir təqvim, ya da bir fəsil.. düşündürür, bəzən ağladır, bəzən güldürür.. ayırır, birləşdirir.. sevgilər çoxalır, azalır.. insalar hələ.. dəyişdikcə dəyişir.. görüşdükcə başqalaşır.. musiqi isə durmadan çalır.. çalır.. yeni səhifələri açılır.. nələrin olacağını bilmədən.. atdığın atdımların boşa ya yola çıxacağını bilmədən.. ömür uzandıqca musiqinin ritmi də dəyişir.. bəzən daha forte, bəzən piano çalır.. çalır.. hər yaşa dolduqca yeniliklərin kəşfi və geridə qoyduqlarımızın darıxdırdığı o sonsuz həsrət.. hansı ki geri qayıtması qeyi mümkündu.. olacaqlara olmayan çarələrin olması üçün çarpışma reallığı.. musiqinin həzin yeri, kövrək yeri.. çalır.. çalır.. bir gün yorulacaq barmaqlar bitəcək not.. musiqi dayanacaq.. hələki çalır.. çalır..

Hardasan məni anlayan harda!?.. gözləyirəm...

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)