İLİN SON YAZISI...

.. yazıya necə başlayacağımı bilmirəm heç. çünki bu günki yazım 2010-cu il üçün son fikirlərim olacaq.. tamamliə öz özümlə qaldığım bir vaxtlarda fikir axınına məruz oluram... onu özümdən uzaqlaşdırmağın ən asan yolu.. cümlələr.. bir gün gələcək və bu olanların hamısı unudulacaq sözünü özümüzə hakim kəsib yaşayırıq! insanlardan, yenə hamımız bir birimizdən nələrsə gözdəyir və hətta tələb belə eliyirik.. insanlığın ən son həddi haradır görəsən? nəsə bunu fikirləşirəm... son 3 günü düşüncələrimin bir yerə toplanmasından narahatam.. halbuki insanlarin çoxu "fikrini toplamaq" üçün bir kənara çəkilirlər.. mənim fikirlərimin gətirəcəyi SON-dan özüm də qorxuram.. və düşünürəm.. düşünürəm ki, uzatmağın mənası varmı? amma qorxular hakim kəsilir mənə.. prinsipdi elediyim? istəmirəm!! mənim qorxularim hamısı qalsa 2010-da, bu ilin dekabrinda yarandığı kimi elə son günüdə də özünü yetirməsə 2011-ə nə olar.. ÖZÜMÜ axtarışa çıxmaq qərarına gəlmişəm.. elə bu deqiqə o qərarı aldım. harda itirdim.. neçənci ili qarşılıyanda o ildə qoydum ÖZÜMÜ?? istəmirəm bu fikirləri... amma ki...

Allahdan tək arzum məni sevdiklərimdən ayrı salmasın.. yeni ilin nələr gətirəcəyini heç birimiz bilmirik.. içimizdəki inamsa hər şeydən öndədi. nə üçünsə yeni ildə yeni arzular yeni istəklər.. bir sölə bütün yeniliklər cəmləşir.. insanlar gələcəyə daha ümidlə baxır.. bu ildə olmayan gözləntilərini gələn yeni il üçün olacağını ümid edir.. elə bil ki yeni gələn il heç köhnəlməyəcəkmiş kimi.. gözəldi təqvim dəyişməsi.. mənimdə təqvim deyişir... deyəsən elə həyatımda dəyişəcək nə bilmək olar...
12 ay hələ qabaqdadı... sadəcə hələki 31 dekabrda saat 12:00 gözlənilir.. :)

***********************************************************

YENİ İLDƏ GÖZƏL GÜNLƏR DİLƏYİ İLƏ...

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)