İLK OLMAYAN İLKLƏR


Həyatda hər şey olur deyirlər... və həyatın deyilən bu "hər şeyini" hər kəs bir cür başa düşür... bəlkə də mənim bu dəqiqə fikirləşdiyim və hiss etdiklərim, yaşam şəraitim və adi həyat tərzimdə yaxınlarıma belə göstərə bilmədiklərimdi.. və o nələrinsə beynimdə səhər-axşam var-gəl etdiyi ezabverici fikirlərdən yaxa qurtarmaq yoludur... heyatda hami bir birini istismar edir.. HAMİ! yaxınlarım məni mən onları.. bir birimizin sevgisini, tükədə biləcək dərərədə həm də... axı nə üçün!? nəyə və kimə lazim bu cür sevgilər!? bəlkə də gülünc çıxır ya da çox adi ama axır zamanlar hamıya nifrət eləməyə bawlayıram.. bəlkə də bu da çox gülünc gələcək (çünki birinci dəfə özüm bu fikirə düwəndə dodağım qaçmıwdı :) ) avtobusda insanların boş yerde oturmağçun bir-birini itələdiklərini görəndə həqəiqi mənada nifret etməyə başladığımı hiss etdim - məndən soruşan tapılardı... "BU SƏNƏ LAZIMDI!?" doğurdan da lazım deyil.... ama insanlara qarşı aqressiv münasibər də məhz bu cür xırdalıqlardan başlayır.. ilk olamyan ilkimə addım atdım mən.. içimdə sual verdim özüm özümə "NİYƏ!?" "NƏ SƏBƏBƏ!?" içimdən gələn səsin cavabı gözlədiyimdən qəddar oldu - "İNSANLARI TANİYİB DAHA ÇOX NİFRƏT ETMƏK ÜÇÜN!"

Comments

  1. Əzizm 22 yaşlı Vəsim, 2010-cu ilin 22 iyunda yazdığın bu yazına 2022-ci ildən salam deyib, mən də bir neçə kəlmə yazmaq istəyirəm gələcəyinlə bağlı :)
    O zamanlar necə qarışıq idin, necə dərinləşirdin içdən-içdən və bu dərinliklə nə edəcəyini bilmirdin. İçində nələrsə baş verirdi, hər şeyə fərqli yanaşırdın, fərqli baxırdın amma bilmirdin bu nədir. Bu səndə aqressiya, insanlara qarşı kin, nifrət oyadır, səni başa düşmədiklərini zənn edirdin. Sən hər zaman bu dünyada özünü başqa hiss etmisən. Necəliyini və səbəbini isə 12 il sonra sənə indi izah edəcəyəm.
    Bu yazıdan 2 il sonra ananın itirdin, özünü itirdin, rahatlığını itirdin, həyatın altı üstünə çevrildi. Heç asan olmadı. Artıq 10 ildir ki, sənin ömrünə işıq tutan qadın material dünyada yanında deyil. Narahat olma, onu itirdikdən 10 il sonra onu tapacaqsan, içində, incə aləmində tapacaqsan. Özünü tapacaqsan. Və sən özün 2 övlad anası olacaqsan, ana olacaqsan və əlindən gələni edəcəksən balaların üçün. Balalarınla münasibətində ananı tapacaqsan, onun sözlərini xatırlayacaqsan "uşaqlarınıza olan tərbiyənizdə məndən bəyəndiklərinizi götürərsiz, bəyənmədiklərini eləməzsiz." Amma sən də onda bəyənmədiklərini edəcəksən. Yenə də narahat olma. Şüurlu şəkildə bundan imtina etməyi də bacaracaqsan. Doğrudur, bəzən alnmasa da, yenə də çalışacaqsan. Çünki sənin mamayla güclü bağının olduğunu, nənələrimizlə güclü bağın olduğunu öyrənəcəksən.
    Sənin o zamanlar fərqli hiss etməyin, çırpınmağın, hər şeyə başqa gözlə baxmağın isə artıq səndə bir müdriklik qığılcımının olduğuna işarə edirmiş. Bunu da 12 il sonra başa düşəcəksən, anlayacaqsan. Hadisələrə fəqli gözlə baxmağın Allahın gözü ilə ətrafa baxdığın üçün baş verirmiş. Dəyişimin qabaqda imiş. İnsanlara nifrətin empatiya ilə əvəzlənəcək, nifrəti buraxıb bağışlamaq və buraxmaq yolunda irəliləyəcəksən. Avtobusda bir birini itələyən insanların əslində içlərində basdırdıqları duyğulardan irəli gəldiyini başa düşəcəksən. İnsanların üzünə baxdıqda, onların daxilini görə biləcəksən. Müdrik qadın olacaqsan. Sən müdrik qadınsan, əzizm cavan Vəsim.
    Dünən Bakıya yaman bərk yağış yağırdı. Bilirsən, mənə səni xatırlatdı o hava və sənin üçün çooox darıxdım dünən. İşdən çıxıb yağışla havada, qaranlıqda sarı işıqların altında Axundov bağına gedib 77ə mindiyim və evə gələrkən heç bir qayğımın olmadığı o sakit, çılğın dövrlərim üçün, evə heç tələsmədiyim günlər üçün. İndi yaşadığım evin səmti də dəyişib, istifadə etdiyim transport da dəyişib, qayğılarım dəyişib, evdə yaşadığım insanlar dəyişib.
    Paralel zamanda, paralel dünyada xoşbəxt, şüurlu və bolluq içində yaşa Vəsim, bacardığın qədər mamanın yanında ol və özünə zaman ayır, çoxlu mütaliə elə təkcə bəddi kitabları yox. Araşdırmalar et və xarici dilləri mükəmməl öyrən. Özünə yatırım et və mütləq rəssamlıq kursuna yazılıb şəkil çəkməyi öyrən. Çünki mən hələ öyrənməmişəm. Amma söz verirəm, 2023 də qəşəng şəkil çəkməyi öyrənəcəyəm :) Bəzi insanları həyatının mərkəzinə qoyma, mən bunu etmişəm, və dərsimi çıxarmışam. Bəzi qərarları isə hisslərinlə və kortəbii vermə. Hər zaman şüurlu olmağı bacar, amma intuisiyana da güvən, onu gözardı etmə. Özünü sev, qadınlığını sev.
    Sən müdrik, dünyagörümüş və dünyagörüşlü Vəsiləsən!
    Ömrün bolluq, huzur, rahatlıq içində olsun. Oldu belə :)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)