İLİN SON YAZISI.. -6-

..yeni ilə hardasa nə az nə çox düz 10 saat qalıb. :)

Mənsə metrodayam.
..anamın yanına tələsirəm.
.ona baş çəkməyə, ürəyimdəkiləri ona deməyə tələsirəm..

Metroda hardasa 7-8yaşında bir oğlan anasının əlini üzünü öpür. Nəsə istəyir ondan, amma anası vermir :) gülümsündüm. Anası da görüb oğlunu sığallıyıb öpdü. Mənzərə qəşəng idi.

Bu il nə gələcəyə qaçmağın, nə də keçmişlə yaşamağın bir xeyri olduğunu öyrəndim. Öyrəndim ki, bu gün bu gündür vəssalam. Bacarırsan yaşa. Bacarmırsansa, deməli.... deməlinin arxasınca çox söz deməy olar, amma siz özünüz seçin. Çünki, hər seçim bir yoldu və hər yol mütləq bizə nələrsə öyrədir. Mütləq!

Amma bu gün tələsmək olar.. ..sevdiklərimizə, itirdiklərimizə, səhvlərimizi düzəltməyə..

Gələn il anamı daha çox başa düşmək arzusu ilə...

3 il aradan sonra,
öz evimdə :)

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)