OXUDUĞUM KİTABLAR.. III

Bu il qarşıma 100 kitab oxumağı məqsəd qoysam da məqsədimə çata bilmədim.

Hətta aylarla kitab əlimə almağa fürsətim belə olmadı. Amma, səbəbi məlumdu. Ona görə də çox da təəssüflənmirəm sözün doğrusu :)

Ötən il 35 kitab oxusamda, bu il cəmi cümlətanı 12 kitaba yer verə bildim. Belə götürsək, hər aya bircə kitab. Beləliklə:

1. Jojo Moyes - "Sevgilimden son mektup" - son oxuduğum "Ardında bıraktığın kadın" qədər təsir etməsə də, maraqla oxudum.
2. Erix Maria Remark - "İnsanları sevmelisin" - Remarkı çox sevirəm. Amma, təəssüf ki bu əsəri dərinliklə  xatırlaya bilmədim. yəqin ki yenidən oxuyacaqlarım siyahısında yer alacaq!
3. Varis Dirie - "Səhra çiçəyi" - yazarın adı sizi də çaşdırmasın. Bu azərbaycanlı Varis deyil, özü Afrikanın səhralarından qaçıb ABŞ-da model olan qızcığazdır. Öz həyatını qələmə alıb və kitab əsasında kinosu da çəkilib. Olduqca maraqlı və həyəcanlı əsərdir. Kinosu da məsləhətlidir.
4. Aleksandr Javelius - "Leyla" - Müharibənin dəhşətlərindən bəhs edən mükəmməl əsər!
5. Gülay Hüseynova - "P.S. Zaten boyun da küçüktü" - sırf kitabın üzünü bəyəndiyim üçün alıb oxudum :) adi yazıdı 2 saatımı aldı.
6. Bettina Belitz - "Aşk kırıkları" - Triolgiya olan bu əsər fantastik janrdadı. Macəra və fantastikanı sevənlər üçün maraqlı sayıla bilər. İsti yay gecələrimi xatırladı mənə. Bir də ata evini :)
7. Jojo Moyes - "Bir artı bir" - Jojodan bu qədər bəsit əsər gözləmirdim :( melodrama kinosuna baxırdım sanki. vəssalam.
8. Bettina Belitz - "Kalp kırıkları" - Triolgiyanın 2-ci hissəsidir. Macəranın davamıdı. Üçüncü hissəsini yeni ildə oxumağı planlaşdırıram.
9. Orhan Pamuk - "Masumiyyet muzesi" - Bu əsəri bal ayımızda oxudum. :) Sözün düzü əsər mənə xeyli təsir eləmişdi. Yolum bir də İstanbuldan düşsə, mütləq o müzeyə baş çəkəcəyəm inşallah.
10. Frederik Beqbeder - "Una və Selincer" - Bu əsər haqqında ətraflı yazmışam. Ona görə də burda bircə onu deyə bilərəm ki, əsərdən sonra çox şey araşdırıb öyrəndim.
11. Robin Şarma - "Ferrarisini satmış rahib" - əsər əvvəl-əvvəl mənə o qədər təsir eləmişdi ki, yoqaya belə başlamışdım :D hardasa doğru məqamlar var. hardasa absurdistanlıq. ümumi götürəndə yolunu azmış, özünü axtaran insanlara faydalı rəhbər ola biləcək kitabdı.
12. Pərinuş Sənii - "Mənim payım" - Əsəri oxuduqca Təbrizin küçələri gözümün qarşısına gəlirdi. Maraqla oxudum və 2 günə bitirdim bu əsəri də. Xalid Hüseyninin əsərlərini xatırladırdı haradasa. Və o əsəri oxuyub bitirdikdən sonra, şərq həyatından bəhs edən kitab oxumaq istədim yenə də.

..ona görə də 2016-cı ilə Amin Maaloufun "Səmərqənd" əsəri ilə girəcəyəm.

Görəsən, yeni ildə 100 kitab oxuya biləcəyəm? :)

Kitab dolu bir il arzusu ilə, xoş qiraətlər..

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)