Təqvimlər...

Təqvimlər heç zaman aldatmır..
nə səni mənə gətirəcəyi,
nə də sənin yanına gedə biləcəyim zamanı vəd edən
günləri qırmızılamır..
yenidən sənli günlərin gələcəyinə ümid vermir,    
..vəd vermir,
..heç zaman aldatmır təvqimlər..

Təqvimlər heç zaman yanılmır..
qəlibə düşmüş həftələr, aylar
hər yeni il boyu mənə boylanır..
özümün işarələdiyim günlər gəlir,
keçir, uçur..
..amma,
yenidən sənli günlərin gələcəyinə ümid vermir,
..vəd vermir,
heç zaman aldatmır təqvimlər..

Təqvimlər heç zaman qaytarmır..
artırdığı qədər azaldır,
..alır, qoparır, aparır.
sonra arsızca yaraları sarıyır..
..sağaltmır
yenidən sənli günlərin gələcəyinə ümid vermir,
..vəd vermir,
heç zaman aldatmır təqvimlər..

Təqvimlər heç zaman unutdurmur..
bacarmır..
səni dünyaya bəxş edən avqust,
məni sənə pay verən yanvar
və qəddarca səni məndən qoparan oktyabr
necə çıxsın təqvimdən!?
necə qəlibi pozulsun!?
necə nizam korlansın!?
..unutdurmur
yenidən sənli günlərin gələcəyinə ümid vermir,
..vəd vermir,
heç zaman aldatmır təqvimlər..

səni mənə qaytarmır..
çox zalımdı təqvimlər...                 

               

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)