26 BAKI KOMİSSARI - ABDULLAYEVA :D

Stop! qorxmaq lazım deyil, tarixi başqa cür vərəqləyirik..
burda nə Şaumiyanının, nə 1918-ci ilin müzakirəsi gedəcək, tarix də başqa tarixdi.
Burda 1988-ci il və dünyaya göz açan Abdullayevadan, yəni məndən söhbət gedir. :)

Nə deyim, nə yazım ki bu tarixə?... Neçənci ilimdi ki? Neçənci yaşımdı ki? Qəlbimin yaşı.. Güzgüdəkinin yaşı.. ya dövlətin verdiyi əlim boyda sənədin dediyi yaş.. hansı doğrudur ki?... Heç özüm də bilmirəm!

Yaşamaq üçün davam edirəm..
Davam etmək üçün arzu edirəm..
Arzu etmək üçün ümidimi üzmürəm..
Ümidimi üzməməkçün mənfilərdən qaçıram..
Mənfilərdən qaçmaq üçün sığınıram ürəyimə..
Ürəyimə sığınmaqçün korlamıram təmiz qalan yerlərini..
Korlamamaqçun ürəyimə köçənə sığınıram..
..O necə gözəldi
..O necə yanımdadı
..O necə qəlbimdədi
..O necə uzaqdadı
amma
nəfəs qədər içimdədi..

heç nə isdəmirəm..
sevdiklərim yanımda olsun,
yanımda olmayanlar, ola bilməyənlər sağ salamat olsun
bəsimdi, vallah bəsimdi... :)


I tried carrying the weight of the world
But I only have two hands

I hope I get the chance to travel the world

But I don't have any plans

Wish that I could stay forever this young

Not afraid to close my eyes
Life's a game made for everyone
And love is the prize :)

AD GÜNÜM MÜBARƏK İMİŞ! ;)


P.S. bu ilki ilimin soundtrack-i budu! sitatın sonu 

P.P.S. İş orasıdır ki Google -da mənim ad günümün şərəfinə əsas səhifəsini bu gün belə bəziyib, Larry Page-ə məlum olub yəqin.
Axı bir zamanlar mənim adım Google idi :))


Comments

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)