ANCAQ VƏ ANCAQ HƏDİYYƏ!? =)

İndi oturmuşam kitab rəfimlə üzbəüz və düşünürəm - yəni son zamanlardı kitablar mənə ancaq hədiyyə verilir? Özüm kitab alımıram? Axırıncı dəfə kitaba dekabrda pul vermişəm - Oşo müəllimin fikirləri..

Amma indi baxıram ki əslində xeyli kitab almışam, özü də hədiyyə. 
Deməli hər şey yeni il qabağı başladı:

  • Birinci hədiyyəm mənə sevgi əsərləri oxumağı məsləhət görən X-man tərəfindən gəldi. Sevginin kitabını özümün yazmağımı məsləhət görən X-man, az kitab oxumağımı və əslində sevgini öz həyatımda birbaşa yaşamağım lazım olduğunu dedi və mənə yeni il hədiyyəsi olaraq..
1. Ahmet Batman - "Soğuk kahve"
2. Ahmet Batman - "Sabah uykum" 

..kitablarını hədiyyə etdi (30.12.13). Sevgi imiş.. ..kitablarsız qalmağım isə uzun çəkmədi. . . pfff :p 

  • İkinci hədiyyəmi mənə bacım verdi. Bu artıq bizdə bir ənənə formasını alıb. Hər yeni ildə bir kitab. Bilirəm ki, heç kim almasa da o mənə nə alır alsın mütləq əlavə olaraq yanında bir kitab  da hədiyyə verəcək. Yeni ildə ikinci şəxs kimi kitab hədiyyə edən bacım Zero nəşriyyatdan..
1.  X.Luis Borxes - "Ölümsüz"
2. Əli Novruzov - "7 hekayə"

..kitablarını hədiyyə etdi (31.12.13). Kitablar cib kitabı olduğu üçün çantamda az yer tutacaq :D

  • Üçüncü hədiyyəmi mənə əziz dostum, qardaşım, əziz sinif yoldaşım Süeylman Dəmi... yox, yox, bu zarafat idi təbii :D Gənc yazıçı, rejissor, kinoman dai bilmirəm başqa hansı fitri isdedadların sahibi dostum hər il olduğu kimi ad günüm münasibəti ilə..
1. Robert Descharnes, Gilles Neret - "Dali" (The paintings)
2. Анна Ахматова - "Стихотворения, Поемы"

..kimi əla kitabları hədiyyə etdi (10.01.2014). Yolda gələrkən kiçik maşın qəzasına düşsə də yaxşı ki özünə heç nə olmamışdı. Kitablar isə çox ağır olduğu üçün özüm daşımamışdım. :D

  • Dördüncü hədiyyəmi fb-da bir çox kino səhifələrinin admini və yaşı az olmasına baxmayaraq başını salmadığı yer olmayan gənc çoxbilmiş təsadüfən dostumun yanında gəldiyi üçün və ad günüm olduğunu öyrəndiyi üçün Türkiyədən gətirdiyi..
1. Gustave Flaubert - "Madam Bovary"

..əsərini hədiyyə etdi (10.01.2014). Sağ olsun :)

  • Beşinci hədiyyəm əmim oğlundan gəldi. Doğum günümü ailəmlə evdə keçirtmədiyim üçün bir neçə gün sonra bizə gəldi və mənə
1. Elif Şafak - "Ustam ve ben"

..kitabını hədiyyə etdi (17.01.2014). Və dedi ki, mənə kitab almaqda çətinlik çəkir, çünki bilmir aldığı kitab məndə var ya yox. Bu kitab isə yox idi :)

  • Altıncı hədiyyəni, daha doğrusu hədiyyələri isə özüm-özümə elədim. Məni danışdırmayın, utandırmayın. həmin o 6 kitab :D..
1. O. Henri - "Seçilmiş əsərlər"
2. Somerset Moem - "Seçilmiş əsərlər"
3. Andre Morua - "Seçilmiş əsərlər"
4. Prosper Merime - "Seçilmiş əsərlər"
5. Toni Morrison - "Seçilmiş əsərlər"
6. Rabindranat Taqor - "Seçilmiş əsərlər"

..Şərq-Qərb nəşriyyatının əla görünüşlü nəşrləridir. 

Amma özüm sevdiyim yazıçım Remarkın daha 2 kitabını bakumozdan sifariş eləmişəm. 10 günə çatmaz gələr :)

Xoş qiraətlər..



Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)