MARKUS ZUSAK - "KİTAB OĞRUSU" (kino)

Bu günün yağışlı olmasına baxmayaraq "Kitab oğrusu"nu izləməyə getdim. Bir az gecikdiyimə görə əvvəlinin necə başladığını görmədim düzü, yerimi elə təzə rahatlamışdım ki, Liesel-in qardaşının öldüyü səhnə gəldi. Sonra isə bildiyim səhnələr kadr-kadr bir birini əvəzlədi. Həmişə olduğu kimi yenə də və bir daha kinodansa kitablara vuruldum. Elə insan var ki, əgər bir əsərin kinosu varsa əsəri oxumaq əvəzinə birdəfəlik kinoya baxmağı seçir (bacım), amma mən əsəri oxuyub sonra kinoya baxmağı daha çox sevirəm. Çünki orada hansı səhnələrin kəsildiyini və əsərin orjinalına hansı dəyişikliklərin olunduğunu, nə ilə əvəz edildiyini analiz edirəm.
Dünən axşam facebookda "Kinomansan?" səhifəsində kino barəsində bir balaca şəhr oxudum və bu gün məndə hardasa həmin şərhlə həmfikirəm. Baş rolun ifaçısı zəif oynamışdı məncə də. Əsərdən aldığım təsiri kinodan ala bilmədim düzü. Amma qətiyyən baxmağa dəyməz də deyə bilmərəm.

Kinoda mənə ən çox təsir eliyən yeri bombaların atıldığı zaman hamının zirzəmiyə yığışdığı məqam idi. O anda
neyçünsə özümü orada təsəvvür elədim, lənətli müharibənin insanların həyatına qoyduğu o dəhşətli izləridüşündüm.. Hər bomba atıldıqca insanların gözlərindəki qorxu.. həyəcan.. Lieselin bombaların səsinə uyğun səsinin bərkiməsi yavaşması.. ..və Hans Hubermanın ilk dəfəki zirzəmiyə qaçdıqlar zaman akardionunda ifa etdiyi musiqinin gözlərinin qabağına gəlməsi. Kinonun həmin anında ümumiyyətlə "Bizim Cəbiş müəllim" kinosundakı zirzəmiyə qaçış yeri yadıma düşdü - "Ağəz Tanyaaaa", "Qonşu siz orda neynirsüz?" :))

Əsərin özü mənə təsirsiz ötüşmədi...
Beləki, çoxdandı gözüm düşən bir mənbədən 7 kitab oğurladım :D
Deyirlər ki, kitab oğurluğu günah deyil və kitabı oğurlamaq əslində onun sahibinin sən olduğu, sənin layiq olduğun anlamına gəlir. Babalı bunu deyənin boynuna. Əvəzində o gözəl əvəzsiz kitabları öz kitab rəfimdə görüb fərəhlənirəm :)
İş orasıdır ki 45 kitabın içindən ən vaciblərini seçmək asan olmamışdı. Buna görə kitabqurdundan ;) kömək aldım və kitab cinayətini həyata keçirdim. Mən etdim siz etməyin ))

Amma kitab oğurlamaq həqiqətən əla hisdir :D

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)