GİTME, GİTME...



Sənsiz bir gündə səni düşünərək dinlədim bu mahnını... Darıxdım... Və "darıxmaq" adlı küçədə qeyb oldum... Döngələrin hamısını əzbərlədiyimi düşünürdüm.. Amma deyil, hətta çoxunu tanımıram, hər dəfə qeyb oluram. Daha var.. Daha çox var.. Bilirsən, nifrət eliyirəm o küçəyə, hər döngəsinə, hər dalanına... Sənin adını cızıram divarlara, baş hərfimizi yonuram ağaclarda.. Əbəs, səni qaytarmır ki.. Və nifrət etdiyim o küçələrə izimizi qoydumu üçün yenidən qayıdıram.. Amma hər dəfə itdiyim üçün, hər dəfə başqa döngəsi məni öz ağuşuna alıb azdırdığı üçün bu dəfə başqa divarla cızılır hərflərimiz, adlarımız.. nə zaman tanıyacam bu küçənin hamısını!? ..istəmirəm ..istəmirəm

SƏSİNİ EŞİTMƏK ƏN BÖYÜK HƏDİYYƏMDİR!

"Akşam vakti sardı yine hüzünler
Kalbim yanqın yeri, gel kurtar beni senden.."

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)