"AKLINDA BİR SAYI TUT" J.VERDON


Mark Mellery poçt qutusuna buraxılmış imzasız bir məktub alır. Məktubda belə yazılıb: "Ağlında hər hansı bir rəqəm tut - 1 ilə 1000 arasında hər hansı bir rəqəm." Mellery elə belə 658 rəqəmini tutur. Yazı belə davam edər: "Sirrlərini necə bildiyimi görəcəksən. Kiçik zərfi aç."
"Aldıqlarını geri verəcəksən
Vermiş olduqlarını aldığın zaman.
Bilirəm nə düşündüyünü,
Nə zaman yatdığını,
Hara getdiyini,
Hara gedəcəyini.
Səninlə bir görüşümüz var,
Cənab 658."
P.S. Kitabı əvvəlcə təsadüfən jurnalların birində reklam edilərkən görmüşdüm. Sonra facebookda Online bookshop səhifəsində onu sifariş etmək ağlıma gəldi və on gün sonra kitab əlimdə idi..
Türkcə olsa da asan oxudum, bundan əvvəl Elif Şafakın "Baba ve piç" əsərini oxumaq istəmişdim amma nəsə alınmamışdı.. Yəqin ki, hələ o həvəsdə detildim. Bu əsəri böyük maraqla oxudum - olduqca maraqlı, olduqca cəlbedici. Azərbaycanlı xəfiyyə Qanbay Qasımlını xatırlatdı hətta bir ara. :) Əsərdəki gizli məqamlar insanı düşünməyə vadar eliyir. Yazıçının ilk əsəridir. İndi isə keçək yadda qalan cümlələrə..
P.P.S. Əsər türkcə olsa da bəyəndiyim cümlələri Azərbaycan-dilinə çevirdim.

ƏSƏRDƏN YADDA QALAN SƏTİRLƏR

İnsan keçmişdən gələn bir səsin nələr
danışa biləcəyindən əsla əmin ola bilmir.
***
Bir şey olubsa müəyyən yolla olub deməkdir.
***
Oynda birisini çox tezliklə günahlandırmağın ümumilikdə səhvlərə yol açtığını bilirdi; ancaq bunu etməyin qarşısını almaq isə çətin bir iş idi. Vacib olan ola biləcək səhvlər payının fərqində olub, qərar vermə zamanında yeni məlumatlar əldə etdikcə qərarı yenidən şəkilləndirməyə istəkli ola bilməkdir.
***
Son bir neçə gündür duyğularım kədərlənmək və qorxmaq arasında gedib gəlir.
***
Beynində istifadə etdiyi zaman, dünyada istifadə etdiyi zamandan daha çox idi.
***
Hiss etdiyi həyəcanmı onu haqlı olduğuna inandırdı yoxsa haqlı olduğu üçünmü həyəcanlandı bilmirdi amma haqlı olduğundan əmin idi.
***
Gurney üçün anı yaşamaq hər zaman axıntıya qarşı üzmək kimi olmuşdu; analitik ağlı hər zaman ehtimallar, ola biləcəklər dünyasında gəzməyi üstün tuturdu.
***
Həyatda başqa cür münasibət göstəriləsi şeylər vardır. Sirrlər, tapmacalar deyil. Həll ediləcək deyil, seviləcək şeylər.
***
Məsələ sənin haraya getdiyin deyil, nə üçün getdiyindir.
***
Onlara həyatlarını dəyişdirə biləcək bir şey təqdim edirik. Amma bu göy üzünə yazı yazmağa bənzəyir. Hava açıq olarkən yazı oxumaqlı.. Bir az külək olarsa başa düşülməsi imkansız..
***
Həyatlarımıza hakim olan rollar – sözə başladı Mellery – fərqində olmadıqlarımızdır. Bizi dayanmadan bir yerlərə aparan ehtiyaclarımız, əslində fikir vermədiklərimizdir. Xoşbəxt və azad olmaq üçün oynadığımız rolları nə üçün oynadığımızı görməli və görmədiyimiz ehtiyaclarımızı su üzünə çıxartmalıyıq.
***
Əgər nə üçün orada durduğunu anlamağı bacarmadımsa yolumda duran qayanı əsla yerindən tərpətməməliyəm. ..Qayanın nə anlama gəldiyini bilirsənmi? Qaya özünüzsünüz, olduğunu düşündüyünüz insan.
***
Bizi ən çox incidən şəxsi fəlakətlər, içimizdən atmayacaq qədər gücsüz olduqlarımız, qəbul etmək istəməsək də bizim də içində rol almış olduqlarımızdır. Buna görə əzab çəkməyə davam edərik – kökünə enməyi rədd etdiyimiz üçün. Bunu içimizdən, bağlı olduğu yerdən qoparıb ata bilmərik, çünki bağlı olduğu nöqtəyə əyilib baxmağı rədd edirik.
***
Ağıl ikililik və ziddiyyətlər yığınıdır. Başqalarının güvənini qazanmaq üçün yalan danışarıq. Əsl  insanlığımızı biriləri ilə yaxınlaşmaq üçün gizlədərik. Xoşbəxtliyi tutmaq üçün, xoşbəxtliyi qaçıran seçimlər edərik. Haqsız olduğumuz zamanlarda haqlı olduğumuzu göstərmək üçün olduqca böyük səy göstərərik.
***
Bir bədəndə yaşayan iki insanın verdiyindən daha böyük əzab ola bilməz.
***
Bunu düşünmək daqquncu dəfə heç bir şey tapmadığı bir dalana onuncu dəfə yenə baxmaq kim idi.
***
Harwick – hər şeylə bağlı şübhə var – dedi – Həyatda ölüm və şübhədən başqa dəqiq olan bir şey yoxdur.
***
Həyatda etməli olduğumuz vacib olan bəzi şeylər vardır. Bu hüquqi bir məcburilik – bir seçim məsələsi deyil. Lənətə gəlmiş qanunları mən yazmadım!
***
Hamısı bir məna ifadə edənə qədər, hansının nə məna ifadə etdiyini bilmərik.
***
Bəzən seçimlərimiz gözləmədiyimiz nəticələr gətirir.
***
Onun sənə, sənin ona olduğundan daha çox ehtiyacı var.
***
İşi sevirəm. Amma maraq dairəsində olmağı sevmirəm.
***
- İşimdə çox yaxşı deyildim, amma ön plana çıxacaq qədər yaxşıydım.
- Yəni hər şeydən əvvəl bir eqon var.
- Əgər buna eqo demək istəyirsinizsə, bəli. Zəyif və güclü tərəflərimin fərqindəyəm.
***
Köpək balıqları ilə dolu bir dənizdə bir üzgüçünün qeyb olursa ordan geən bir su qayıqçısı tərəfindən qaçırılmamışdır.
***
İşləyir və içinə qapanırdı. Həyatının nə qədər başaca və soyuq bir anlam daşıdığını göstərirdi. Bir insanın bütün həyatında elədiklərinin bu qədər qısa bir cümlə ilə ifadə edilməsi nə qədər kədərli idi.
***
Yuxularında sözlə deyə bilməyəcəyi qədər açıq bir şəkildə gördüyü şey, itirdiklərinə görə kədərləndiyi və itirdiyi ən böyük şeyin sevgi olduğuydu.
***
Həyatın məqsədi digər insanlara əlimizdən gəldiyi qədər yaxınlaşmaqdır.
***
Yalnız bir həyat, boşa keçən bir həyatdır.
***
Əyər özünün ağlında gözəl bir cavab yoxdursa, adətən sual verməz.
***
Dünya üzərində heç bir şey qusursuz deyildi. Hər zaman artıqlar və əskiklər var. İnsan gördüyü iş əsanasında əlindəkini ən yaxşı şəkildə istifadə etməli idi. Bardağın dolu hissəsini görməli idi.
Bu həqiqət idi.
***
Nardo çaşqın vəziyyətdə görünürdü – Silahı yerə qoyun, yoldaş.
-Bu da bir seçimdir, təbii. Amma ortada bir sual var. Həyatda heç bir şey bu qədər asan gerçəkləşmir, elə deyilmi?
***
Qarğalar axmaq heyvanlardır – dedi Dermott. – Birini vuranda digəri gəlir. Onu da vuranda başqa bir gəlir, sonra biri daha və biri daha. Siz vurmağa davam etdikcə onlar da gəlməyə davam edər.
Gurney bunu daha əvvəlcə də eşitmişdi. Qarğalar içlərində bir birinin yalnız ölməsinə əsla icazə verməzdi. Bir qarga ölürsə digərləri gəlib onun yanında durur və onu yalnız buraxmazdı.
***
..insanları öldürən silahlar deyil, yenə insanlardır.

_________________________________



Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)