QURBANLIQ...

Bayramı tam dərk eləmək üçün gərək ki, bayramın lazımı şərtlərinə əməl eliyəsən. Mən bu il bunu daha çox dərk edib, anladım. Uşaqlıqdan oruc tutduğuma görə RAMAZAN Bayramının gəlişini həmişə hiss eləmişəm və çox sevmişəm. QURBAN Bayramı isə böyüklərin bir birinə təbrik sözləri və evə qohumlarımız tərəfindən gətirilən paydan bişən bir qazan ət yeməyi ilə yadımda qaıb.. Bu gün isə Qurban Bayramının fəzilətini, onu dərk etməyi nəsib etdi Allahım mənə.. İlk kəsdiyim (Allahımın köməkliyi və yetirdiyi ruzi ilə) qurban bu ilə təsadüf etdi və mən əslində bu bayramın mənsını, verdiyi rahatlığı və yüngüllüyü indi dərk edirəm. ALLAHIMDAN arzum Həcc yolunu tezliklə mənə (..və arzusunda olan hər kəsə) qismət etməsi və qurbanlıq qoyunu orda kəsməyi nəsib etməsidir.

ALLAH QƏBUL ELƏSİN İNŞALLAH! AMİN!

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)