"DÜŞÜNCƏLƏRİMDƏN MƏKTUBLAR" - III YER


Keçənlərdə qeyd etdiyim kimi Fəlsəfə Akademiyasının təşkilatçılığı ilə noyabr ayında keçirilən "Düşüncələrimdən Məktublar" Adlı I Esse Müsabiqəsində "Çərçivələrin rəngi" essemlə müsabiqəyə qatılmışdım. Və nəticələr məni doğurdan sevindirmişdi çünki yer qazana biləcəyimi heç düşünməmişdim..
..və budur "Çərçivələrin rəngi" essesi III yerə layiq görüldü! 

Nəticələr açıqlandıqdan sonra 26.12.2011-ci il tarixində Bakı Dövlət Universitetində təbdir keçirildi və mən də dəvət aldığım üçün orada iştirak etdim. Sertifikat və çox sevdiyim dünya ədəbiyyatından 2 kitabla mükafatlandırıldım. Və mənim kimi düşünən gənclərlə bir masa arxasında oturmaq mənə olduqca çox xoş təsir bağışladı. 

Uğurların davamı diləyi ilə .. İnşallah..

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)