ELƏ BELƏCƏ

..işdəyəm və iş gününün sonuna çox az vaxt qalıb. son zamanlar özümlə təkbətək qalmağı bacardığım nadir dəqiqlərdən biridir. demək olar ki, son neçə vaxtdı öz dəmir dilimli yolundan çıxmış qatara bənzəyir həyatım. bilirəm hər şeyi.. doğru olub-olmadığımı mühakimə eliyəcək gücdə də deyiləm onsuzda. yox yox.. tükənməmişəm.. sadəcə istəmirəm, o qədər! və mən düşünürəm ki, yolundan çıxmış qatarı necə özünə qaytara bilərəm hə?

..bir azdan işdən çıxacağam. hə düzdü bu gün bir az fərqli olacaq, çünki bacımla görüşməliyəm. yeni il ərəfəsi görəcək işlər planı. amma evə qayıdanda yenə istmədən edəcəyim işlər sıyahısı.. (yenə də yox yox deyəcəyəm) - yox yox.. kaş elə mənə tapşırılan bir sıyahı olardı bu. özümün özümə cızdığım mənasız trayektoriyadı sadəcə.. deyirəm axı yolunu azmış qatar. bax o azmış yolun xətləridi. özüm çəkmişəm. fərəhlənmirəm əyri-üyrü həyat yoluna baxanda..
..nifrət, aha nifrət. yalandı hamısı. Son günlərdə Emre Aydının "Son defa" mahnısı məndən danışır (nəqarəti) elə bil..
iyiyim ben..
hep aynı şeyler işte,
uyku hapları
yalan dolan gülümsemeler..

..mən ki belə olmaq istəmirəm. bilirəm ki belə olmamalıyam. nə axmaqlıqdı deyilmi? bilirəm düz nədi səhv nədi amma eləmirəm.. bu döndü lap, bilirəm namaz qılmalıyam amma hazır deyiləm söhbətinə..
..yeni ilə qədər eləməli olduğum bir siyahım var..
..yazının ardı evdə 17:19

..və təbii ki yazının ardı evdə olmadı. yenə iş və işin sonun son 30 dəqiqə qalb.
..siyahıda qalmışdıq. hər il tutduğum siyahıya daxil olan işlər. onları gördükcə qırağında + plyus işarəsi qoyursan və.. və nə? - heç nə. guyakı nəsə eliyirsən özünçün.
..ilin sonuna lap az qalır, mən heç bilimirəm hardan, necə başdıyım. çünki bilirəm ki, məcburi yaşadığım bu günlərin ardıdı gələn yeni ilin 6 ayı. mənə lazımdı? - bilmirəm. əslində üz çevirib getmək elə rahatdı kı.. bircə izi qalmasın. onun da qalmamağı qeyri mümükündü..
..bu cızma qaranı nə üçün cızıb qaraladığımı bilmirəm. bəlkə də yorulmuşam ətrafda olan şeylərin mənə o qədər də çox təsir eləməməyinə. ama yox axırıncı dəfə qonşu binadakı yanğın məni çox qorxuzmuşdu. deməli, hələ ki hər şey itməyib. bu ilin hesabatı olacaq.. o da elə belə, cızma qara....

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)