GÖZ YAŞLARI...
Süzülür
yanağımdan göz yaşları.. ilıq.. duzlu.. kədərli.. və tək cığır açır üzümdə..
Özümə bənzədirəm - o yanaqda tək, mən Bakıda.. Arsızca axır üzümdən.. Satqındı
göz yaşları. Gizlədirəm, gizlənirəm... heç bacarmıram da düzü. Söz dinləmir mənim
kimi, dayan dedikcə qaçır, təsəlliyə nifət edir.. Mənə bənzədir çox zaman özünü..
Mən danışdıqca o süzülür yavaşca, məni dinlədiyini göstərir.. Kədərimə şərik
çıxır.. Çox zaman mən onu gizlətməyə çalışsam da, bəzən o özü özündən qaçır,
gizlənir.. Düyümlənir boğazımda.. yandırır.. incidir.. Amma heç cür görünmür..
Yenə mənə bənzəyir.. Mən insanlardan qaçarım, o isə məndən.. və beləcə süzülür
yanağımdan ovuclarıma damcılanan göz yaşları, ilıq.. duzlu.. kədərli..
Comments
Post a Comment