GETMƏK...

..bəzən unutmaqdi getmək, bəzən xatırlamaqdan qorxmaq.. bəzən dönmədi, bəzən də bir ömür itmək, yox olmaq.. bəzən getmək sevməkdi.. bəzən nifrət etməkdi.. sevərək gedənlər yalnız olar, nifrət edib gedənlər güclü...
..getmək bəzən susmaqdi, için için cığırsan belə ..bəzənsə bağırmaqdi avazın çatdıqca, elə belə.. göstəriş olsun deyə.. bəzən gizlenməkdi getmək, bəzən gizlətmək, bəzən də hər ikisi.. həm özü gizlənər, həm hisslərini gizlədər və gedər...
..bəzən xəyanətdir getmək, bəzən sevginin aliliyi.. bəzən gedənlərə gülüş verər, bəzən göz yaşı.. narahatlığa qovuşulan rahatlıqdır getmək, tufana bürünmüş səssizlik..
..bəzən yeni həyat deməkdi getmək, bəzən də lənətlənmiş keçmişi çamadana yığıb sadəcə yər dəyişdirmək.. tərk etmək və tərk edilməkdi getmək.. ikisindən biri mütləq sənsən..
..getmək getməkdi.. nə olur olsun.. içindəkini tərk etməyənə qədər bütün gedişlər eynidir. . .


P.S. Sadəcə "Kaybedenler klübü" kino flimindəki bu fraqmentə baxarkən cızma qara etdim...

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)